Ana Səhifə
Vakansiyalar

Daxili nəzarət üzrə mütəxəssis

Daxili nəzarət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Cəmiyyətin müxtəlif strukturlarında mütəmadi yoxlamalar aparmaq və strukturların fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək;

  • Cəmiyyətin əməliyyatlarına nəzarət etmək;

  • Əməliyyatların qanunveriliciyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək;

  • Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə və cəmiyyətdaxili qayda və prosedurlara uyğunluğunu təmin etmək;

  • Pozuntularla bağlı dövri və növbədənkənar hesabatlar hazırlamaq;

  • Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlamaq və tətbiq etmək;

  • Nəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik və cəmiyyətdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;

  • Daxili nəzarət funksiyası ilə əlaqədar birbaşa rəhbərinin tapşırıqlarının icra edilməsi.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, idarəetmə, hüquq);

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;

  • Azərbaycan dili üzrə sərbəst bilik;

  • İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik

  • Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12752

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Hesabatlılıq və data analitikası şöbəsinin mütəxəssisi

Tam Ştat

Vəzifə öhdəlikləri Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq və data analitikası üzrə gündəlik əməliyyatları icra etmək; Cəmiyyətin  maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək; Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək; Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək; Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq; MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək; Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq; Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq; Daxili hesabat sistemləri və data analitika alətləri üzrə məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək; Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək; Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək; Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması; Data keyfiyyətinə nəzarət və məlumatların düzgünlüyünün təmin edilməsi; Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow) Vəzifə üzrə tələblər Ali iqtisadi təhsil Mühasibat uçotu və IFRS bilikləri Vergi və maliyyə qanunvericiliyini başa düşmək Excel biliyi (pivot, lookup, formulas) Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.