Pərakəndə satış və xidmət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Maliyyə bazarlarını araşdırılması və müvafiq satış strateqiyasının qurulması;

  • Müştərilərə investisiya xidmətləri haqda ətraflı məlumatın təqdim olunması;

  • Müştərilər tərəfindən daxil olan sorğuları cavablandırılması;

  • Zəng, e-mail, əyani konsultasiyalar vasitəsilə investisiya xidmətlərin satışının həyata keçirilməsi;

  • Potensial müştərilərin cəlb edilməsi;

  • Satışın effektiv həyata keçirilməsi üzrə statistik təhlilin hazırlanması;

  • Müştərilərlə ofisdaxili görüşlərin keçirilməsi.

Vəzifəyə dair tələblər

  • Vəzifə üzrə 1 il iş təcrübəsi;

  • Ali təhsil;

  • Azərbaycan dili üzrə sərbəst bilik;

  • Microsoft Office proqramlarını istifadə etmək bacarığı;

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13895

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik treyder

Tam Ştat

Vəzifə öhdəlikləri Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək; Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək; Müştərilərin məlumatlandırılmasının təmin edilməsi; Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq; Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək; Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək; Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək; Müştərilər haqda analitik informasiyalar hazırlamaq; Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək; Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək; Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifəyə dair tələblər Ali iqtisadi təhsil; Sahə üzrə 1 il iş təcrübəsi; İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq; Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək; İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək; Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi; Korporativ davranış normalarını bilmək; Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək; Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı); Azərbaycan dili üzrə sərbəst bilik; İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri; Kollektivlə ünsiyyət qurmaq bacarığı; Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

IT Mühəndis

Freelance

Vəzifə öhdəlikləri Cəmiyyətin server və şəbəkə infrastrukturunu quraşdırılmasını, konfiqurasiya edilməsini və fasiləsiz işləməsini təmin etmək; Server‑xidmətlərdə və şəbəkə avadanlıqlarında baş verən nasazlıqları proaktiv monitorinq etmək, diaqnostika aparmaq və operativ həll etməsində dəstək göstərmək; zərurət olduqda məsələni aidiyyatı funksiyalara yönəltmək - DB admin, NetAdmin, SysAdmin, Infosec və ya IT komandalarına eskalasiya etmək və icrası üzərində nəzarəti saxlamaq; Biznes‑kritik xidmətlərdə yaranan texniki xətaları təhlil etmək, vendor və dəstək komandaları ilə koordinasiyalı şəkildə problemi aradan qaldırmaq; Backup strategiyası, load‑balancing, fayl serveri, virtualizasiya və digər əsas xidmətlərin dizaynı, test edilməsi, dayanıqlı və təhlükəsiz istismarını təmin etmək; bərpa ssenarilərini mütəmadi sınaqdan keçirmək; Cəmiyyətin əməkdaşlarının İT sorğularını (avadanlıq, qoşulma, printer/skaner, proqram təminatı və s.) vaxtında qəbulu, prioritetləşdirilməsi və həlli; istifadəçi məmnuniyyətinin təmin edilməsi; İT avadanlıqlarının (notbuk, PC, monitor, dock‑stansiya, periferiya və s.) tam inventarizasiyasını aparmaq, təhvil‑təslim aktlarını və seriya nömrələrini elektron sistemdə aktual saxlamaq; İnformasiya təhlükəsizliyi siyasətlərini (Acceptable Use, Clean Desk, Phishing Awareness, Remote Work və s.) tətbiq edilməsində dəstək göstərmək; Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün giriş icazələrini idarə etmək, logların, antivirus və EDR həllərinin monitorinqini aparmaq, risklərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin etmək; Şirkətin texnoloji ehtiyaclarını analiz etmək, yeni avadanlıq və proqram təminatı üzrə bazar araşdırmaları aparmaq, optimal qiymət‑keyfiyyət balansını seçmək və satınalma prosesini idarə etmək; Bütün İT dəyişiklikləri, hadisələr və aktivlər üzrə sənədləşmə, prosedur və təlimatları hazırlamaq, mütəmadi yeniləmək və audit tələblərinə uyğunluğunu təmin etmək; Elektron ticarət və digər yeni məhsul/xidmət layihələrində İT tərəfdən iştirak etmək, pilot testləri dəstəkləmək, sistemlərin dayanıqlığını və SLA/KPI göstəricilərini izləmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək; Kommersiya sirrinin qorunmasına riayət edilmək; Bilavasitə ona təhkim edilmiş Cəmiyyətə aid mülkiyyəti qorunmaq və lazımi səviyyədə saxlanılmasını təmin etmək; Xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə baxılması üçün təqdim etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifə üzrə tələblər İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil; Müvafiq sahədə 2 il iş təcrübəsi; Şəbəkə və server idarəçiliyi, sistem təhlükəsizliyi və proqramlaşdırma sahələrində təcrübə; Şəbəkə qurğuları, sistemlər və serverlər haqqında dərin biliklər. Windows, Linux və digər əməliyyat sistemləri ilə təcrübə; Şəbəkə təhlükəsizliyi və şifrələmə protokolları haqqında biliklər. Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.