Kiçik treyder
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
Vəzifə öhdəlikləri
Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək;
Müştərilərin məlumatlandırılmasının təmin edilməsi;
Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq;
Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək;
Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək;
Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək;
Müştərilər haqda analitik informasiyalar hazırlamaq;
Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;
Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək;
Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək;
Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə dair tələblər
Ali iqtisadi təhsil;
Sahə üzrə 1 il iş təcrübəsi;
İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq;
Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
Korporativ davranış normalarını bilmək;
Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
Azərbaycan dili üzrə sərbəst bilik;
İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri;
Kollektivlə ünsiyyət qurmaq bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Unicapital
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13893
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə