Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
İqtisadçı

Hesabatlılıq şöbəsinin mütəxəssisi

Hesabatlılıq şöbəsinin mütəxəssisi

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq üzrə gündəlik əməliyyatları icra etmək;

  • Cəmiyyətin  maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək;

  • Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow)

  • Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək;

  • Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək;

  • Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq;

  • MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək;

  • Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq;

  • Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq;

  • Daxili hesabat sistemləri məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək;

  • Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;

  • Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək;

  • Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması;

  • Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Vəzifə üzrə tələblər

  • Ali iqtisadi təhsil

  • Mühasibat uçotu və IFRS bilikləri

  • Vergi və maliyyə qanunvericiliyini başa düşmək

  • Excel biliyi (pivot, lookup, formulas)

  • 1C proqramında işləmə təcrübəsi; .

  • SQL və Power BI üzrə biliklər üstünlük hesab olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13891

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik treyder

Tam Ştat

Vəzifə öhdəlikləri Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək; Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək; Müştərilərin məlumatlandırılmasının təmin edilməsi; Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq; Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək; Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək; Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək; Müştərilər haqda analitik informasiyalar hazırlamaq; Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək; Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək; Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifəyə dair tələblər Ali iqtisadi təhsil; Sahə üzrə 1 il iş təcrübəsi; İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq; Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək; İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək; Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi; Korporativ davranış normalarını bilmək; Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək; Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı); Azərbaycan dili üzrə sərbəst bilik; İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri; Kollektivlə ünsiyyət qurmaq bacarığı; Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.