Zootexnik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
Heyvanların düzgün bəslənməsi və yemlənməsi prosesinə nəzarət etmək
Yem paylayan maşının iş qrafikinə, yemlərin düzgün paylanması və düzgün hazırlanmasına nəzarət etmək
Ot anbarı və silos quyularına gündəlik nəzarət etmək, qəbul olunan ot və silosun keyfiyyətinə nəzarət etmək
Təyin olunmuş heyvanların qruplaşmasını həyata keçirmək
Gündəlik yem rasionunu qrupda olan heyvanlara uyğun olaraq hazırlamaq, yemin keyfiyyətinə və strukturuna nəzarət etmək
Yem və sürü məlumatlarını toplamaq və hesabat şəklində rəhbərliyə təqdim etmək
Gündəlik olaraq işçi heyyətinin vəzifə təlimatlarına uyğun hərəkət qrafikini nəzarətdə saxlamaq
Heyvan satışına nəzarət etmək
Baytarlıq şöbəsi ilə əlaqəli şəkildə işləmək, onlardan alınan hesabatlar əsasında işi təşkil etmək və həmin
işləri rəhbərliyə hesabat şəklində təqdim etmək
Sürünün sağlam , düzgün idarə olunmasını təşkil etmək
Tövlədaxili avadanlıqların və qurğuların sazlığına müntəzəm əmin olmaq və texniki qulluğunu təşkil
edilməsini nəzarətdə saxlamaq
Daimi olaraq zootexniki hesabatlar hazırlamaq və yeniliklər barədə rəhbərliyə təqdimatların verilməsi.
Tabeçiliyində olan işçi heyətinin davamiyyətinin nəzarətə saxlanmaq
Yemləmə proqramı (digitale-generale) əsasında gündəlik yemləməni təşkil etmək, proqramdan alınan
hesabatlar əsasında yemləmədə və qruplaşmada dəyişikliklər etmək
Tələblər
Ali təhsil (Zootexnik və heyvandarlıq sahəsi üzrə);
1-2 il iş təcrübəsi;
Kompüter bilikləri (MS excel, Word, 1C);
Məsuliyyətlilik və diqqətlilik;
Komanda ilə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Yalama Agropark LLC
Manufacturing
Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15298
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500