Baytar həkim

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

  • Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir;

  • Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;

  • Buzovların müayinə və müalicə işini aparır;

  • Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;

  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.

  • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.;

  • Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir;

  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir;

  • Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir;

  • Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir;

  • Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.

Tələblər

  • Baytarlıq sahəsi üzrə ali təhsil;

  • İş təcrübəsi 1 ildən yuxarı;

  • Xarici dil biliklərinin olması arzuolunandır (rus, ingilis);

  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı olmalı;

  • Komandada işləməyi bacarmalıdır.

Necə Müraciət Etmək Olar

Yalama Agropark LLC

Yalama Agropark LLC

Manufacturing

Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15297

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Zootexnik

Tam Ştat

Heyvanların düzgün bəslənməsi və yemlənməsi prosesinə nəzarət etmək Yem paylayan maşının iş qrafikinə, yemlərin düzgün paylanması və düzgün hazırlanmasına nəzarət etmək Ot anbarı və silos quyularına gündəlik nəzarət etmək, qəbul olunan ot və silosun keyfiyyətinə nəzarət etmək Təyin olunmuş heyvanların qruplaşmasını həyata keçirmək Gündəlik yem rasionunu qrupda olan heyvanlara uyğun olaraq hazırlamaq, yemin keyfiyyətinə və strukturuna nəzarət etmək Yem və sürü məlumatlarını toplamaq və hesabat şəklində rəhbərliyə təqdim etmək Gündəlik olaraq işçi heyyətinin vəzifə təlimatlarına uyğun hərəkət qrafikini nəzarətdə saxlamaq Heyvan satışına nəzarət etmək Baytarlıq şöbəsi ilə əlaqəli şəkildə işləmək, onlardan alınan hesabatlar əsasında işi təşkil etmək və həmin işləri rəhbərliyə hesabat şəklində təqdim etmək Sürünün sağlam , düzgün idarə olunmasını təşkil etmək Tövlədaxili avadanlıqların və qurğuların sazlığına müntəzəm əmin olmaq və texniki qulluğunu təşkil edilməsini nəzarətdə saxlamaq Daimi olaraq zootexniki hesabatlar hazırlamaq və yeniliklər barədə rəhbərliyə təqdimatların verilməsi. Tabeçiliyində olan işçi heyətinin davamiyyətinin nəzarətə saxlanmaq Yemləmə proqramı (digitale-generale) əsasında gündəlik yemləməni təşkil etmək, proqramdan alınan hesabatlar əsasında yemləmədə və qruplaşmada dəyişikliklər etmək