Logistika üzrə mütəxəssis (Xaçmaz rayonu)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Sahədə nəqliyyat və texnikanın (kombaynlar və yük avtomobilləri) koordinasiyası, daşınma planlarının icrasının təmin edilməsi;
Yükləmə və boşaltma proseslərinin təşkili, nəqliyyatın vaxtında cəlb olunması və avtomobillərin düzgün yönləndirilməsi;
Boşdayanmaların minimuma endirilməsi və sahədə yaranan problemlərin operativ həlli;
Podratçı texnikanın fəaliyyətinə nəzarət və iş həcmlərinin (reys, tonnaj, iş saatları) qeydiyyatı;
Yerinə yetirilmiş işlərin ilkin sənədləşdirilməsi və ofis komandası ilə operativ məlumat mübadiləsinin təmin edilməsi.
Tələblər
Ali təhsil;
Logistika və ya kənd təsərrüfatı sahəsində təcrübə üstünlükdür;
Sahə şəraitində işləmək imkanı;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
Excel proqramında işləmək bacarığı;
Analitik düşüncə və operativ qərarvermə bacarığı;
Güclü ünsiyyət və koordinasiya bacarıqları;
Komanda ilə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Yalama Agropark LLC
Manufacturing
Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14175
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500