Yay Təcrübə Proqramı
Bakı
Təcrübə
Orta Səviyyə
400 AZN-dən
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
“Azerfloat” QSC Yay Təcrübə Proqramına Start Verir!
“Azerfloat” QSC 2026-cı ilin iyun ayından etibarən “Siz Xoş Gələcəksiniz” adlı Yay Təcrübə Proqramına start verir. Proqram 3 ay müddətini əhatə edir və gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.
Proqram haqqında
Seçim prosesi mərhələli şəkildə (məntiq testi və müsahibə) həyata keçiriləcək. Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər:
Mühasibatlıq şöbəsi
Maliyyə şöbəsi
Logistika
Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi
SƏTƏM şöbəsi
Satış şöbəsi
Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi
Sənaye qaz istehsalı şöbəsi
Elektrik mühəndisliyi şöbəsi
Mexanika şöbəsi
İstehsalat şöbəsi
Təcrübə müddəti ərzində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır.
Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək.
Tələblər
Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr (2026 məzunları)
Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar (2025 məzunları)
Güclü ünsiyyət bacarıqları
Təşəbbüskarlıq və məsuliyyətlilik
Punktuallıq
Analitik düşüncə və araşdırma bacarığı
Təminatlar
Əmək haqqı: 400 AZN (vergilər daxil)
Nahar pulu
Servis xidməti (20 Yanvar metrostansiyasından)
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Əlavə məlumat
Təcrübə proqramı aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 (Gənclik ofisi)
Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1
Müraciət etmək istədiyiniz şöbənin adını mütləq şəkildə mövzu hissəsində qeyd etməklə CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin göndərilməsində son tarix 07 May 2026-22 May 2026-cı il tarixləri aralığıdır.
Qeyd: Mövzu hissəsində şöbə adı qeyd edilməyən müraciətlərə baxılmayacaqdır.
Necə Müraciət Etmək Olar
AzerFloat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15717
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə