WEICON üzrə Brend Meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
WEICON — sənaye yapışdırıcıları, sızdırmazlıq materialları və texniki kimya sahəsində beynəlxalq Alman brendidir.
Santral Elektrik QSC olaraq WEICON məhsullarının Azərbaycanda inkişafı və bazarda mövqeyinin gücləndirilməsi üçün Brend Meneceri axtarırıq.
İş yeri: Bakı şəhəri, Dərnəgül, Ziya Bünyadov pr 2071
Əsas vəzifələr
Müştərilərlə (zavodlar, istehsalat müəssisələri və s.) görüşlərin keçirilməsi
Mühəndislərlə texniki təqdimatların aparılması
WEICON məhsullarının üstünlüklərinin izahı və tətbiq sahələrinin göstərilməsi
Yeni müştərilərin cəlb edilməsi və bazarın genişləndirilməsi
Mövcud müştəri bazası ilə işləmək və əlaqələri inkişaf etdirmək
Satış planlarının icrası və nəticələrin izlənməsi
WEICON brendinin bazarda mövqeyinin gücləndirilməsi üzrə fəaliyyətlər
Rəqib məhsulların və bazar trendlərinin analiz edilməsi
Tələblər
Təhsil: Ali təhsil
İş təcrübəsi: Tələb olunan sahədə 1-3 il
Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
Kompyuter bilikləri: MS Office, 1C proqramında iş təcrübəsi
Əlavə: Satış və ya texniki satış təcrübəsi üstünlükdür
Təlim və inkişaf
Seçilmiş namizəd üçün WEICON üzrə Türkiyədə 2 həftəlik rəsmi təlim proqramı.
Beynəlxalq standartlara uyğun texniki biliklərin artırılması.
Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
Təklif edirik
Əmək haqqı: Rəqabətli əməkhaqqı + satış bonusları. Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
Beynəlxalq brendlə işləmək imkanı (WEICON).
Dinamik və inkişaf yönümlü mühit.
CV-lərinizi “Brend Menecer” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Santral
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12710
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer