Təsvir
İş yeri: Bakı şəhəri
İş qrafiki növbəli (2 gün iş, 2 gün istirahət)
Əmək haqqı: 600 AZN
Ünvan: 1. Dərnəgül, Ziya Bünyadov pr 2071; 2. 13 Hüseyn Cavid Prospekti
Tələblər
Yaş həddi: 22 - 35.
Təhsil: Orta ixtisas və ya ali təhsil
İş təcrübəsi: 1 ilə qədər xəzinədarlıq sahəsində
Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
Əlavə: Kassa prosedurlarını bilmək, dəqiqlik və məsuliyyətlilik, müştəri ilə ünsiyyət bacarığı
Vəzifə təlimatı:
Müştərilərdən nəğd və POS ödənişləri qəbul etmək və onları dəqiq sənədləşdirmək
Nağd vəsaitlərin bank və ya baş ofisə təhvil verilməsini təmin etmək
Xəzinə əməliyyatlarını 1C proqramına vaxtında və düzgün şəkildə daxil etmək
Xəzinə kitabının və digər hesabat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək
Günlük kassa hesabatlarını hazırlayaraq baş xəzinədara təqdim etmək
Xəzinə avadanlıqlarının (POS-terminal, kassa aparatları və s.) düzgün işləməsinə nəzarət etmək
Kassa intizamına və nağd vəsaitlərin təhlükəsiz saxlanmasına riayət etmək
Saxta əskinazların müəyyən edilməsi üçün texniki yoxlama aparmaq
Şirkət tərəfindən təsdiqlənmiş prosedurlara uyğun olaraq geri qaytarılma, istisna hallar və digər əməliyyatları icra etmək
İş günü ərzində elektron poçtu yoxlamaq və zəruri hallarda cavablandırmaq
Şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək
Öz vəzifə və kvalifikasiyasına uyğun olaraq əsas vəzifə öhdəliklərindən əlavə, rəhbərliyin tapşırığı əsasında digər aidiyyəti işləri də vaxtında və keyfiyyətlə yerinə yetirməlidir
CV-lərinizi “Kassir” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Santral
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11396
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə