Şöbə/Bölmə: Pərakəndə Satış
Təhsili: Orta texniki və ya ali təhsil
İş təcrübəsi: minimum 1-2 il
Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Mağaza müdiri
Əsas tələblər:
Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
Əlavə: Satış və müştəri xidməti üzrə təlimlərdə iştirak, məhsul portfeli üzrə ilkin biliklər, təqdimat və aktiv ünsiyyət bacarığı
Təklif:
Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071
İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
Nahar şirkət tərəfindən təmin edilir.
Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
Əmək haqqı: 700 azn + bonus
Vəzifə öhdəlikləri:
Müştəri və satış fəaliyyəti:
Müştəriləri qarşılamaq, məhsul və xidmətlər barədə ətraflı məlumat təqdim etmək
Müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsul həlləri təklif etmək
İlkin və təkrarlanan satışları təşviq etmək və müştəri məmnuniyyətini təmin etmək
Məhsul təqdimatı zamanı diqqəti cəlb edən üsullardan istifadə etməklə satışları artırmaq
Müştəri şikayətlərini operativ və düzgün formada həll etmək
Satış planı və hesabatlar:
Aylıq satış planlarını və hədəflərini yerinə yetirmək üçün aktiv satış fəaliyyəti aparmaq
Həftəlik və aylıq satış nəticələri barədə rəhbərliyə hesabat təqdim etmək
Müşahidə edilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək
İş prosesləri və prosedurlar:
Mağazada məhsulların yerləşdirilməsi, vizual qaydalar və prosedurlara uyğunluğa riayət etmək
Satış sonrası dəstək göstərmək (məhsul qaytarılması və ya dəyişdirilməsinin izlənməsi)
Stokda mövcud olmayan məhsullar üzrə alternativ təkliflər hazırlamaq
Vəzifəyə aid bilikləri artırmaq və təlimlərdə iştirak etmək
Şirkətin dress-code və nizam-intizam qaydalarına riayət etmək
Səriştə və bacarıqlar:
Ünsiyyət bacarığı: müştəri ilə səmərəli və aydın ünsiyyət qurmaq bacarığı
Müştəri yönümlülük: müştəri ehtiyaclarını düzgün müəyyən edərək məmnuniyyəti təmin etmək
Məhsul və satış bilikləri: məhsul xüsusiyyətlərini təqdim etmək və satış texnikalarından istifadə etmək
Komanda ilə işləmək: kollektivdə əməkdaşlığı təmin etmək və ümumi hədəflərə fokuslanmaq
Stressə davamlılıq: yüksək iş tempində və gərgin situasiyalarda çalışmaq bacarığı
CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.