Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri / aparıcı müştəri meneceri / baş müştəri meneceri

VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri / aparıcı müştəri meneceri / baş müştəri meneceri

Finance

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

Görəcəyiniz işlər:

  • Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;

  • Yeni VİP müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;

  • Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat vermək, təqdimat etmək;

  • Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək prob  lemlərin həllinə sonadək dəstək olmaq;

  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;

  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;

  • Azərbaycan və rus dilini səlis bilənə (ingilis dili arzu olunandır);

  • Bank təcrübəsinə (mütləqdir);

  • Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində minimum 2 il təcrübəyə;

  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;

  • Stresə davamlılığa;

  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

Necə Müraciət Etmək Olar

ABB

ABB

Finance

ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16584

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

VİP müştərilərlə iş departamentinin kiçik mütəxəssisi (xadimə)

Tam Ştat

Görəcəyiniz işlər: Bankın ərazisində (Baş Ofisdə və filiallarda) gündəlik təmizlik işləri; Cavabdeh olduğu sahələrdə təmizlik işləri görmək və iş otaqlarının daima təmiz saxlanılmasını təmin etmək; Sanitar-gigiyena qaydaları çərçivəsində Bankın mətbəxində və sanitar qovşağında təmizliyin təmin olunması; Bankın əldə etdiyi gündəlik istehlak və təsərrüfat mallarının qəbul edilməsi, onların gündəlik istifadəsinə nəzarət olunması; İş prosesində irəli gələn digər işləri yerinə yetirmək; Əsas öhdəlikləri tam, düzgün və Bankın qanuni maraq və mənafelərinə uyğun icra etmək; İş prosesini fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təşkil etmək; Xidməti vəzifələrin icrası zamanı ona məlum olan bank, kommersiya, eləcə də digər konfidensial statuslu məlumatların qorunmasını, həmin məlumatların yayılmamasını və üçüncü şəxslərə ötürülməməsini təmin etmək; İstifadəsində olan Bankın əmlakını səmərəli və şəxsi məqsədlər üçün olmamaqla istifadə etmək. Bizim üçün uyğun namizəd: Orta təhsil; Minimum 1 illik iş stajı; Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır: Öhdəsində olan təmizlik ləvazimatlarının salamatlığı və düzgün istifadəsinə görə məsuliyyət daşımaq.

Texniki xidmət və proqram təminatının yüklənməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Tam Ştat

Görəcəyiniz işlər: POS-terminal avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və proqram təminatının yüklənməsi və yenilənməsi; POS terminallar üzrə host (prosessinq sistemi) ilə əlaqənin qurulması və test əməliyyatlarının icrası; Müştərilərdən daxil olan texniki müraciətlərin operativ araşdırılması, nasazlıqların yerində və ya uzaqdan həlli; POS terminallarda yaranan kommunikasiya problemlərinin (GPRS, Ethernet, Wi-Fi) aşkarlanması və aradan qaldırılması; POS-terminalların uçotu, inventarizasiyası, qeydiyyatı və müvafiq sistemlərdə (TMS və ya daxili platformalar) idarə olunması; POS terminalların kassa aparatları və digər inteqrasiya həlləri ilə qoşulmasının təmin edilməsi; Kart ödənişləri üzrə əməliyyat axınının (authorization, clearing, settlement) test edilməsi və monitorinqi; Yeni terminalların pilot testlərdə yoxlanılması, sertifikasiya və qəbul proseslərində iştirak; Terminal parametrlərinin sazlanmasında iştirak; Nasaz avadanlıqların texniki baxışı, dəyişdirilməsi və vendorlarla koordinasiya; Müntəzəm texniki hesabatların hazırlanması və görülmüş işlər üzrə sənədləşmələrin hazırlanması. Bizim üçün uyğun namizəd: Ali təhsil (İT, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə); POS terminallar, ödəniş sistemləri və ekvayrinq prosesləri üzrə baza bilikləri; Şəbəkə bilikləri (TCP/IP, APN, VPN, router/switch əsasları) üzrə bacarıq; Linux/Android əsaslı POS cihazları ilə işləmə təcrübəsi üstünlükdür; Prosessinq sistemləri və kart ödəniş standartları (EMV, Contactless, NFC) barədə anlayış; Texniki sənədlərlə işləmə və log analiz etmə bacarığı; MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı; Azərbaycan və rus dilində sərbəst, ingilis dili texniki səviyyədə arzuolunandır; Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı; Komandada işləmək və müştəriyönümlü yanaşma; Sahə işlərinə hazır olmaq (ezamiyyət və obyekt ziyarətləri daxil olmaqla); Yeni texnologiyaları tez mənimsəmək və özünü inkişaf etdirmək istəyi olan şəxsdir.