Texniki xidmət və proqram təminatının yüklənməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Görəcəyiniz işlər:
POS-terminal avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və proqram təminatının yüklənməsi və yenilənməsi;
POS terminallar üzrə host (prosessinq sistemi) ilə əlaqənin qurulması və test əməliyyatlarının icrası;
Müştərilərdən daxil olan texniki müraciətlərin operativ araşdırılması, nasazlıqların yerində və ya uzaqdan həlli;
POS terminallarda yaranan kommunikasiya problemlərinin (GPRS, Ethernet, Wi-Fi) aşkarlanması və aradan qaldırılması;
POS-terminalların uçotu, inventarizasiyası, qeydiyyatı və müvafiq sistemlərdə (TMS və ya daxili platformalar) idarə olunması;
POS terminalların kassa aparatları və digər inteqrasiya həlləri ilə qoşulmasının təmin edilməsi;
Kart ödənişləri üzrə əməliyyat axınının (authorization, clearing, settlement) test edilməsi və monitorinqi;
Yeni terminalların pilot testlərdə yoxlanılması, sertifikasiya və qəbul proseslərində iştirak;
Terminal parametrlərinin sazlanmasında iştirak;
Nasaz avadanlıqların texniki baxışı, dəyişdirilməsi və vendorlarla koordinasiya;
Müntəzəm texniki hesabatların hazırlanması və görülmüş işlər üzrə sənədləşmələrin hazırlanması.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (İT, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
POS terminallar, ödəniş sistemləri və ekvayrinq prosesləri üzrə baza bilikləri;
Şəbəkə bilikləri (TCP/IP, APN, VPN, router/switch əsasları) üzrə bacarıq;
Linux/Android əsaslı POS cihazları ilə işləmə təcrübəsi üstünlükdür;
Prosessinq sistemləri və kart ödəniş standartları (EMV, Contactless, NFC) barədə anlayış;
Texniki sənədlərlə işləmə və log analiz etmə bacarığı;
MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı;
Azərbaycan və rus dilində sərbəst, ingilis dili texniki səviyyədə arzuolunandır;
Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
Komandada işləmək və müştəriyönümlü yanaşma;
Sahə işlərinə hazır olmaq (ezamiyyət və obyekt ziyarətləri daxil olmaqla);
Yeni texnologiyaları tez mənimsəmək və özünü inkişaf etdirmək istəyi olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16582
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+