Ana Səhifə
Vakansiyalar

Vaqonların hərəkət sürət tənzimləyicisi (Qaradağ)

Vaqonların hərəkət sürət tənzimləyicisi (Qaradağ)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 16 mart 2026

Təsvir

  • Stansiya yollarında duran vaqonların özbaşına hərəkətə gəlməməsi üçün vaqonları tormoz başmqaları ilə düzgün və etibarlı bərkitmək;

  • Manevr işi zamanı qatar tərtibçisinin (yük qatarlarının konduktorunun) digər müvafiq göstərişlərini yerinə yetirmək;

  • Park yollarında tormoz başmaqlarının qoyulması və götürülməsinin vəziyyətini tormoz başmaqlarının qeydiyyatı kitabında qeydiyyat aparmaq;

  • Tormoz başmaqlarını rəngləmək, müəyyən müəyyən edilmiş damğaya malik olmasını və xüsusi yollararası sandıqcalarda saxlanılmasını təmin etmək;

  • Yollarda və yoldəyişinlərdə nasazlıq aşkar edildikdə stansiya növbətçisinə və ya təpə növbətçisinə dərhal məlumat vermək;

  • Posta məxsus olan inventarların və sənədlərin qorunmasını təmin etmək.

Tələblər

  • Təhsil - ümumi təhsil;

  • Növbəli iş qrafiki;

  • Dəmir yollarının texniki istismar qaydaları üzrə biliklər;

  • Dəmir yollarının işarəvermə təlimatı üzrə biliklər;

  • Tormoz başmaqlarının qoyulma və götürülmə qaydaları üzrə biliklər;

  • Peşəkar ehtiyatlılıq, şifahi ifadə, diqqətlilik.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10861

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yük və baqaj qəbul-təhvilçisi (Sumqayıt)

Tam Ştat

Dəmir yolunda daşınan yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, qorunması və verilməsinin təşkil etmək; Kommersiya baxımından dolu və boş vaqon, konteyner, yükgöndərən və yükalanların vasitəsi ilə yükləmə və boşalma altına verilən yüklərin qəbulu və təhvili həyata keçirmək; Dəmir yoluna məxsus altlıq, daşıma qurğuların yükgöndərən və yükalanlardan qəbulu, təhvili və onların qeydiyyatını aparmaq; Sənədlərin tərtib edilməsi və yüklərin qəbulu, yükləməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, dəmir yollarına məxsus yüklərin, vaqon, konteyner, altlıq və çıxarılan daşıma qurğularının verilməsi və örtülməsi haqqında hesabatı aparmaq; Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY SMART proqramı üzərindən işləmək; Kommersiya baxımından boş və dolu vaqonları təhvil vermək və həmçinin onları yükləmə və boşaltmadan sonra qəbul etmək. Kommersiya nasazlığı barəsində Forma QU-23 Ümumi formalı akt tərtib etmək; Qaydalarla nəzərdə tutulmuşdursa yükün kütləsini, yer sayını və onun vəziyyətini yoxlamaqla təhvil vermək; Yükləmə-boşaltma işlərinin aparılması zamanı yükgöndərən və yükalanlar tərəfindən Dəmir Yolu Nizamnaməsinə, Qaydalarına, Texniki şərtlərinə və yük vaqonların salamatlığını təmin edilib riayət olunmasına sistematik nəzarət etmək; Ümumi istifadə yollarında yüklənmiş və boşaldılmış vaqonların və yükalanlardan qəbulu (təhvili) vaqonların yükləmə (boşaltma) yerində həyata keçirmək.