Yük xəzinədarı (Qaradağ)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 16 mart 2026

Təsvir

  • Daşınmaya təqdim edilən yüklərin daşıma sənədlərinin yük göndərən tərəfindən doldurmasını yoxlamaq;

  • Göndərməyə qəbul olunan yükləri rəsmiləşdirmək;

  • Stansiyaya qəbul olunan yüklərin verilməsini rəsmiləşdirmək;

  • Daşıma ilə əlaqədar yüklərin müvafiq ödənişlərini hesablanmaq;

  • Yükün daşıma haqqının hesabatı, bütün yığımların, ödəmələrin və cərimələrin tutulması, yüklərin ünvan dəyişməsini yerinə yetirmək;

  • Yüklərin daşıma planının operativ yerinə yetirilmə qeydiyyatını aparmaq;

  • Yükləmə, boşaltma, dalan yollarında hərəkət tərkibinin boş dayanması hesabatını tərtib etmək;

  • Kassa kitabında müvafiq qeydlər aparmaq və kassa hesabatını tərtib etmək;

  • Hesabat blanklarının saxlanılması təmin etmək və onların hesabatını aparmaq;

  • ADY rəhbərliyi tərəfindən təsdiq edilmiş tarif qaydalara dəyişikliklərin və əlavələrin edilməsini izləmək;

  • Yüklənən və boşalan vaqonların emal olunmasını “ADY” SMART proqramı üzərindən işləmək.

Tələblər

  • Təhsil - Ümumi təhsil;

  • Növbəli iş qrafiki;

  • Dəmir yollarının texniki istismar qaydaları üzrə biliklər;

  • Dəmir yollarının, qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;

  • Yük daşıma qaydaları üzrə biliklər;

  • Diqqətlilik, məlumatların idarə edilməsi kimi səriştələrə sahib olmalı.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10866

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yük və baqaj qəbul-təhvilçisi (Sumqayıt)

Tam Ştat

Dəmir yolunda daşınan yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, qorunması və verilməsinin təşkil etmək; Kommersiya baxımından dolu və boş vaqon, konteyner, yükgöndərən və yükalanların vasitəsi ilə yükləmə və boşalma altına verilən yüklərin qəbulu və təhvili həyata keçirmək; Dəmir yoluna məxsus altlıq, daşıma qurğuların yükgöndərən və yükalanlardan qəbulu, təhvili və onların qeydiyyatını aparmaq; Sənədlərin tərtib edilməsi və yüklərin qəbulu, yükləməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, dəmir yollarına məxsus yüklərin, vaqon, konteyner, altlıq və çıxarılan daşıma qurğularının verilməsi və örtülməsi haqqında hesabatı aparmaq; Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY SMART proqramı üzərindən işləmək; Kommersiya baxımından boş və dolu vaqonları təhvil vermək və həmçinin onları yükləmə və boşaltmadan sonra qəbul etmək. Kommersiya nasazlığı barəsində Forma QU-23 Ümumi formalı akt tərtib etmək; Qaydalarla nəzərdə tutulmuşdursa yükün kütləsini, yer sayını və onun vəziyyətini yoxlamaqla təhvil vermək; Yükləmə-boşaltma işlərinin aparılması zamanı yükgöndərən və yükalanlar tərəfindən Dəmir Yolu Nizamnaməsinə, Qaydalarına, Texniki şərtlərinə və yük vaqonların salamatlığını təmin edilib riayət olunmasına sistematik nəzarət etmək; Ümumi istifadə yollarında yüklənmiş və boşaldılmış vaqonların və yükalanlardan qəbulu (təhvili) vaqonların yükləmə (boşaltma) yerində həyata keçirmək.