Yük xəzinədarı (Sumqayıt)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 16 mart 2026
Təsvir
Daşınmaya təqdim edilən yüklərin daşıma sənədlərinin yük göndərən tərəfindən doldurmasını yoxlamaq;
Göndərməyə qəbul olunan yükləri rəsmiləşdirmək;
Stansiyaya qəbul olunan yüklərin verilməsini rəsmiləşdirmək;
Daşıma ilə əlaqədar yüklərin müvafiq ödənişlərini hesablanmaq;
Yükün daşıma haqqının hesabatı, bütün yığımların, ödəmələrin və cərimələrin tutulması, yüklərin ünvan dəyişməsini yerinə yetirmək;
Yüklərin daşıma planının operativ yerinə yetirilmə qeydiyyatını aparmaq;
Yükləmə, boşaltma, dalan yollarında hərəkət tərkibinin boş dayanması hesabatını tərtib etmək;
Kassa kitabında müvafiq qeydlər aparmaq və kassa hesabatını tərtib etmək;
Hesabat blanklarının saxlanılması təmin etmək və onların hesabatını aparmaq;
ADY rəhbərliyi tərəfindən təsdiq edilmiş tarif qaydalara dəyişikliklərin və əlavələrin edilməsini izləmək;
Yüklənən və boşalan vaqonların emal olunmasını “ADY” SMART proqramı üzərindən işləmək.
Tələblər
Ümumi təhsil;
Növbəli iş qrafiki;
Dəmiryol Texniki istismar qaydaları üzrə biliklər;
Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
Yük daşıma qaydaları üzrə biliklər;
Diqqətlilik, məlumatların idarə edilməsi kimi səriştələrə sahib olmalı.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10867
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+