Vaqon daşımaları satışı şöbəsinin kiçik mütəxəssisi ("ADY EXPRESS" MMC)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 31 mart 2026
Təsvir
Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək;
Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması; Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək;
Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək; Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirmək;
Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək;
Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək;
Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.
Tələblər
Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
Satış texnikaları sahəsində biliklər
Marketinq kommunikasiyaları üzrə biliklər
Bazar iqtisadiyyatının əsaslarına dair biliklər
Əlaqələndirmə
Məlumatların idarə edilməsi
Vaxtın effektiv idarə edilməsi
Dil bilikləri: Yaxşı səviyyədə rus dili və ingilis dili biliyi üstünlükdür;
Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11597
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+