Protokol şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Təşkilat rəhbərliyinin yerli və beynəlxalq qurumların yüksək səviyyəli nümayəndələri ilə görüşlərini təşkil etmək, görüşlərdən irəli gələn məsələlərin icrasını təmin etmək və protokol xidmətini həyata keçirmək
Rəhbərliyin xarici səfərləri, rəsmi görüşlərə dəvətlər və daxil olmuş məktublara cavabların hazırlanması və icrasına nəzarət etmək
Xarici tərəfdaşların və dəvət olunmuş qonaqların qarşılanması, müşayiəti və ölkədə qalması ilə bağlı məsələlərin protokol qaydalarına uyğun təşkilini təmin etmək
Rəhbərliyin xarici səfərləri ilə bağlı təşkilati və sənədləşmə işlərinə rəhbərlik etmək
Rəsmi və işgüzar yazışmaların və danışıqların aparılmasında iştirak etmək, onların protokol qaydalarına uyğunluğunu təmin etmək
Rəhbərliyin iştirakı ilə keçirilən yerli və beynəlxalq səviyyəli tədbirlərin (konfrans, sərgi, seminar, dəyirmi masa və s.) təşkilində iştirak etmək
Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək, yeniliklərin tətbiqi və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
Rəhbərlik etdiyi struktur əməkdaşları arasında vəzifə və iş bölgüsünü aparmaq, fəaliyyətlərini əlaqələndirmək, əmək və icra intizamına nəzarət etmək.
Tələblər
**Təhsil səviyyəsi:**Müvafiq sahə üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il
İngilis və rus dilləri üzrə yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarığı
Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.) üzrə biliklər
Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər
Dövlət protokolu qaydaları üzrə biliklər
Elektron sənəd dövriyyə sistemindən istifadə bacarığı
Qərar vermə
İşin idarə edilməsi və ölçülməsi
Yüksək təşkilatçılıq bacarığı
Şifahi və yazılı ünsiyyət
Məlumatların idarə edilməsi
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11482
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+