Çilingər (Biləcəri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Lokomotivlərin seriyaları üzrə mexaniki hissələrin konstruktiv quruluşunda təmir işlərini həyata keçirmək;
Təkər-motor blokunun asılma sistemini və pnevmatik sistemini təmir etmək;
Qoşqu və dayaq-dartı qurğularının iş prinsipində yaranan nasazlıqları aradan qaldırmaq;
Lokomotivin mexaniki hissəsində mövcud üfüqü və horizontal asılqan sistemlərini təmir etmək;
Dizeldə yanacaq sisteminin nasazlıqlarını təmir etmək;
Dizel mühərrikinin təmirini istehsalçı zavodun təlimatına əsaslanaraq təmir etmək;
Dizeldə soyutma sisteminin nasazlıqlarını təmir etmək;
Dizeldə yağlama sisteminin nasazlıqlarını təmir etmək;
Lokomotivin avtoəyləc və kompressorlarını diaqnostika, profilaktika, təmir, stendə tənzimləmək və sınaqdan keçirtmək;
Hərəkətin təhlükəsizliyinin təmin olunması üçün avtoəyləc sistemini, kompressorları, hava çənini təmir etmək;
Hava çənlərinin par və yaxud isti su ilə yumaq, yüksək təyziq altında yoxlamaq.
Tələblər
Təhsil: ümumi təhsil;
Əməyin mühafizəsi üzrə qaydaları və normaları;
Ətraf mühitin qorunması və təhlükəsiz texnikası üzrə normativ tələbləri;
Elektrovoz və Teplovozların avtoəyləc və kompressorlarının konstruktiv xüsusiyyətlərini və onların təmir texnologiyasında nəzərdə tutulan işləri;
Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarını bilməlidir.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11479
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+