Ana Səhifə
Vakansiyalar

Atıcı və səyyar atıcı (Keşlə, Biləcəri, Qaradağ, Xırdalan, Güzdək, Dübəndi)

Atıcı və səyyar atıcı (Keşlə, Biləcəri, Qaradağ, Xırdalan, Güzdək, Dübəndi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 15 aprel 2026

Təsvir

  • Mühafizə olunan obyektdə müəyyən edilmiş buraxılış rejiminə və daxili rejim qaydalarına əməl etmək;

  • Mühafizə olunan obyektlərə giriş və çıxış zamanı (xidməti vəzifələrini icra edən, xidməti vəsiqələrini təqdim etdikdən sonra hüquq mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini xüsusi texniki vasitələrdən istifadə etməklə yoxlamaq və ya baxış keçirilməklə müşahidə etmək;

  • Mühafizə olunan obyektlərdə qanuna zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya mühafizəçiyə qarşı fiziki qüvvə tədbiq olunduğu hallarda həmin şəxslər barədə dərhal müvafiq hüqüq mühafizə orqanına məlumat vermək, növbə rəisinə məruzə etmək, bölmə rəisini məlumatlandırmaq;

  • Növbəni qəbul edərkən, alət və avadanlıqların sazlığını yoxlamaq;

  • Xidməti vəzifələrini vaxtında, dəqiq və təhlükəsiz yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək;

  • Departamentə aid olan xüsusi vasitələri, avadanlıq və inventarları, xidməti vəsiqəsini qorumaq və səliqəli saxlamaq;

  • Zərurət yarandığı hallarda qatarları müşahidə və mühafizə etmək;

  • Rəhbərlik tərəfindən verilən digər əmr və göstərişləri yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahə üzrə təcrübə arzu olunandır.

  • Təhsil səviyyəsi: Orta təhsil

  • Hərbi mükəlləfiyyətli;

  • Mühafizə işinin təşkilinə dair əmr, göstəriş, qayda və təlimatlar;

  • Əməyin mühafizəsi, yanğından mühafizə üzrə norma və qaydalar

  • Təxirəsalınmaz ilkin tibbi yardım qaydaları;

  • Rabitə və idarəetmə qurğularından istifadə üzrə praktiki bilik və bacarıqlar;

  • Diqqətlilik, şifahi ifadə, peşəkar ehtiyatlılıq.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11595

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Vaqon daşımaları satışı şöbəsinin kiçik mütəxəssisi ("ADY EXPRESS" MMC)

Tam Ştat

Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq; Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək; İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq; Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək; Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması; Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək; Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək; Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirmək; Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq; Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək; Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək; Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək; Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.