Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 28 may 2026

Təsvir

Baku Holiday Travel şirkəti “Tour Manager” vəzifəsi üzrə vakansiya elan edir

Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Tour Manager axtarırıq.

Tələblər

  • Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi;

  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi;

  • Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti;

  • Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı;

  • Komandada işləmək və stress altında qərar vermək bacarığı;

  • Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi;

  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri

  • Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı;

  • Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması;

  • Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi;

  • Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması;

  • Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi;

  • B2B sistemlərdə rezervasiyaların idarə olunması;

  • CRM sistemində məlumatların düzgün qeyd edilməsi;

  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və  növbəli gün;

  • İş saatı: 09:00 - 18:00; 10:00 - 19:00;

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;

  • Peşəkar və inkişaf yönümlü iş mühiti;

  • Turizm sahəsində karyera inkişaf imkanı.

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Tour Manager” qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Baku Holiday Travel

Baku Holiday Travel

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17717

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik Hüquqşünas / Hüquqşünas

Tam Ştat

Baku Holiday Travel komandası Kiçik Hüquqşünas / Hüquqşünas vakansiyası elan edir. Əgər hüquq sahəsində bilikləriniz, analitik düşüncə və sənədlərlə işləmə bacarıqlarınız varsa, sizi hüquqi proseslərin idarə olunması istiqamətində komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri Cəmiyyətin hüquqi maraqlarının qorunmasının təmin edilməsi Müqavilələr, siyasətlər, prosedurlar və digər sənədlər üzrə hüquqi ekspertizanın aparılması Satış və təchizat müqavilələrinin hüquqi baxımdan yoxlanılması və rəy verilməsi Struktur bölmələrə hüquqi məsləhət və hüquqi dəstəyin göstərilməsi Qanunvericilikdəki dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə məlumatlandırmanın aparılması Dövlət qurumları, məhkəmələr və digər təşkilatlar qarşısında şirkətin maraqlarının təmsil olunması İddia ərizələri, şikayətlər, etirazlar, vəsatətlər və digər hüquqi sənədlərin hazırlanması Məhkəmə qərarlarının icrası və icra qurumları ilə işin aparılması Hüquqi sorğuların cavablandırılması və şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi dəstəyin göstərilməsi Rəsmi yazışmalar və hüquqi proseslər barədə rəhbərliyin mütəmadi məlumatlandırılması Şirkətdaxili qayda, prosedur və məxfilik tələblərinə riayət olunması Verilmiş tapşırıqların vaxtında, dəqiq və keyfiyyətli icra edilməsi Əməyin mühafizəsi, təhlükəsizlik və korporativ davranış qaydalarına riayət olunması