Kiçik Hüquqşünas / Hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Baku Holiday Travel komandası Kiçik Hüquqşünas / Hüquqşünas vakansiyası elan edir.
Əgər hüquq sahəsində bilikləriniz, analitik düşüncə və sənədlərlə işləmə bacarıqlarınız varsa, sizi hüquqi proseslərin idarə olunması istiqamətində komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Cəmiyyətin hüquqi maraqlarının qorunmasının təmin edilməsi
Müqavilələr, siyasətlər, prosedurlar və digər sənədlər üzrə hüquqi ekspertizanın aparılması
Satış və təchizat müqavilələrinin hüquqi baxımdan yoxlanılması və rəy verilməsi
Struktur bölmələrə hüquqi məsləhət və hüquqi dəstəyin göstərilməsi
Qanunvericilikdəki dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə məlumatlandırmanın aparılması
Dövlət qurumları, məhkəmələr və digər təşkilatlar qarşısında şirkətin maraqlarının təmsil olunması
İddia ərizələri, şikayətlər, etirazlar, vəsatətlər və digər hüquqi sənədlərin hazırlanması
Məhkəmə qərarlarının icrası və icra qurumları ilə işin aparılması
Hüquqi sorğuların cavablandırılması və şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi dəstəyin göstərilməsi
Rəsmi yazışmalar və hüquqi proseslər barədə rəhbərliyin mütəmadi məlumatlandırılması
Şirkətdaxili qayda, prosedur və məxfilik tələblərinə riayət olunması
Verilmiş tapşırıqların vaxtında, dəqiq və keyfiyyətli icra edilməsi
Əməyin mühafizəsi, təhlükəsizlik və korporativ davranış qaydalarına riayət olunması
Tələblər
Hüquq ixtisası üzrə ali təhsil
Mülki, inzibati, cinayət, əmək və turizm qanunvericiliyi üzrə biliklərə malik olmaq
Turizm sahəsi üzrə normativ hüquqi aktlarla işləmə bacarığı
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, rus və ya ingilis dili üzrə minimum B2 səviyyəsi
MS Office proqramları ilə işləmə bacarığı
Analitik düşünmə, sənədlərlə işləmə və problem həll etmə bacarıqları
Güclü ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarığı
Məsuliyyətli, təşəbbüskar və dəyişikliklərə açıq olmaq
Korporativ etik davranış qaydalarına riayət etmək
Yeni bilik və texnoloji yenilikləri öyrənərək iş prosesində tətbiq etmək
Vəzifə öhdəliklərinin icrasında diqqətli və nəticəyönümlü olmaq
İş şəraiti
İş qrafiki: Tam iş günü
Rəqabətli əmək haqqı
Peşəkar və dinamik iş mühiti
Karyera inkişafı və peşəkar yüksəliş imkanları
Beynəlxalq turizm sektorunda təcrübə qazanmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Baku Holiday Travel
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17716
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə