Tur üzrə Satış Meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Baku Holiday Travel komandası Tur üzrə Satış Meneceri vakansiyası elan edir.
Əgər turizm sahəsində satış təcrübəniz, güclü ünsiyyət bacarıqlarınız və müştərilərlə peşəkar işləmək qabiliyyətiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Müştərilərin sorğularını operativ şəkildə cavablandırmaq və uyğun tur paketləri təklif etmək
Otel, aviabilet, transfer, sığorta və digər turizm xidmətlərinin rezervasiyasını həyata keçirmək
Fərdi və qrup turlarının hazırlanması və satışını təşkil etmək
Müştərilərə viza prosedurları, səyahət qaydaları və tur proqramları barədə ətraflı məlumat vermək
Bilet, otel rezervasiyası, sığorta və viza sənədlərini təşkil etmək
Müqavilə və ödəniş sənədlərini hazırlamaq
Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
Satış hədəflərinin icrasında aktiv iştirak etmək
Sosial media və digər satış kanalları vasitəsilə müştəri cəlb edilməsinə dəstək olmaq
Tur zamanı yaranan problemləri həll etmək
Müştərinin təhlükəsiz və rahat səyahətini təmin etmək
Günlük satış və görülən işlər üzrə hesabatları hazırlamaq və 1C proqramına daxil etmək
Həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək
Tələblər
Turizm, menecment vəya alternativ ixtisas üzrə ali təhsil
Turizm sahəsində minimum 1-3 il iş təcrübəsi
Satış və ünsiyyət bacarıqlarının yüksək olması
Müştəri yönümlü və nəticə fokuslu yanaşma
Populyar turizm destinasiyaları üzrə geniş bilik və şəxsi səyahət təcrübəsi
Fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi
Amadeus, Galileo, Sabre və digər rezervasiya sistemləri ilə işləmək bacarığı
Şəxsi satış portfeli və ya korporativ müştəri bazasının olması
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dillərinin azı biri üçün minimum B2 səviyyəsi
Aylıq satış hədəflərini icra etmə və satış nəticələri üzrə hesabatlılıq təcrübəsi
Yüksək təqdimat və danışıqlar aparmaq bacarığı
Müştəri etirazlarının idarə olunması və problem həll etmə bacarığı
Stress altında işləmək və operativ qərar vermək bacarığı
MS Office proqramları ilə işləmə bacarığı
İş şəraiti
İş qrafiki: Tam iş günü, həftə sonları 10:00–16:00 növbəli iş qrafiki əsasında
Rəqabətli əmək haqqı və bonus sistemi
Peşəkar və dinamik komanda mühiti
Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Baku Holiday Travel
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17718
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer