Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
Digər tikinti işləri

Tikintidə xərclərə nəzarət üzrə aparıcı mütəxəssis

Tikintidə xərclərə nəzarət üzrə aparıcı mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

Şirkətimiz layihə xərclərinə nəzarət edəcək mütəxəssis axtarır. Namizəd xərcləri izləyəcək, yaranan fərqləri vaxtında aşkar edəcək və həllinə dəstək olacaq. O, həmçinin podratçılar və komanda ilə birlikdə işlərin büdcəyə uyğun icrasını təmin edəcək.

  • Layihə xərclərinin planlaşdırılması və icrasına nəzarətin təmin edilməsi;

  • Xərclərin optimallaşdırılması və səmərəli hesablama üsullarının tətbiqi;

  • Əvvəlki layihələr üzrə təcrübənin təhlili və tətbiqi;

  • Layihə xərclərinin davamlı monitorinqi və kənarlaşmaların aradan qaldırılması üzrə tədbirlərin görülməsi;

  • İcra olunmuş işlərin ölçülməsi və təhlili;

  • Podratçıların təqdim etdiyi əlavə işlərin və qiymətlərin yoxlanılması;

  • İddiaların təhlili və müvafiq hesabatların hazırlanması;

  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ və digər maliyyə sənədlərinin hazırlanması;

  • Podratçı hesabatlarının və təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması və təhlili;

  • Hesab-fakturaların müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması;

  • Layihə komandası ilə koordinasiyalı işin təşkili və hesabatlılığın təmin edilməsi.

Tələblər

  • Mülki tikinti, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

  • Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə bilik;

  • MS Office proqramları və AutoCAD ilə işləmək bacarığı;

  • Analitik düşüncə və maliyyə təhlili bacarıqları;

  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15780

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

Tam Ştat

Şirkətimizin rəqəmsal kanallar vasitəsilə böyümə strategiyasını idarə edəcək Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis axtarışındayıq. Namizəddən kampaniyaların planlaşdırılması, icrası və nəticələrin yüksək dəqiqliklə analiz edilməsi tələb olunur. Bu rol rəqəmsal layihələrin inkişaf etdirilməsi və biznes hədəflərinə uyğun strateji həllərin icrasına birbaşa məsuliyyət daşıyır. Rəqəmsal marketinq strategiyaları və fəaliyyət planlarının (SMM, SEO, SEM, Email Marketing, Influencer və s.) hazırlanması və icrası; Rəqəmsal reklam kampaniyalarının (Meta, Google, TikTok, LinkedIn və s.) qurulması, büdcə optimallaşdırılması və nəticələrin mütəmadi izlənilməsi; Avtomatlaşdırma, A/B testləri və hədəfli kampaniyalar kimi müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv planlaşdırılması, icrası və nəzarətdə saxlanılması; Şirkətin veb-layihələrinin və sosial media hesablarının idarə olunması, kontent və vizual baxımdan düzgün işləməsinə nəzarət edilməsi; Rəqəmsal kanallar üzrə genişləndirilmiş analitik hesabatların (GA4, Looker Studio və s. vasitəsilə) hazırlanması və ROI/ROAS əsaslı strateji təkliflərin verilməsi; Bazar trendlərinin və rəqiblərin rəqəmsal aktivliklərinin analiz edilməsi, yeni rəqəmsal alətlərin/platformaların tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi; Şirkətin əsas veb-layihələrinin və "landing page"-lərinin texniki və vizual (UX/UI) baxımdan təkmilləşdirilməsinə nəzarət edilməsi və müvafiq təkliflərin hazırlanması; Rəqəmsal marketinq büdcəsinin səmərəliliyinə nəzarət (CPC, CPL optimizasiyası) və xərclərin daimi monitorinqi; Xərclərin izlənilməsi və marketinq hədəflərinə çatmaq üçün büdcələrin zərurətə uyğun olaraq tənzimlənməsi; Rəqəmsal layihələr üzrə agentliklər, dizaynerlər və digər tərəfdaşlarla iş prosesinin koordinasiya edilməsi və briflərin hazırlanması; Rəqəmsal marketinq kampaniyalarına dair yeni ideyaların və innovativ yanaşmaların gətirilməsi; ERP/CRM və digər şirkətdaxili sistemlərdə rəqəmsal fəaliyyətlərə dair məlumatların müvafiq qaydada qeydiyyatının aparılması.