Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Şirkətimizin rəqəmsal kanallar vasitəsilə böyümə strategiyasını idarə edəcək Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis axtarışındayıq. Namizəddən kampaniyaların planlaşdırılması, icrası və nəticələrin yüksək dəqiqliklə analiz edilməsi tələb olunur. Bu rol rəqəmsal layihələrin inkişaf etdirilməsi və biznes hədəflərinə uyğun strateji həllərin icrasına birbaşa məsuliyyət daşıyır.
Rəqəmsal marketinq strategiyaları və fəaliyyət planlarının (SMM, SEO, SEM, Email Marketing, Influencer və s.) hazırlanması və icrası;
Rəqəmsal reklam kampaniyalarının (Meta, Google, TikTok, LinkedIn və s.) qurulması, büdcə optimallaşdırılması və nəticələrin mütəmadi izlənilməsi;
Avtomatlaşdırma, A/B testləri və hədəfli kampaniyalar kimi müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv planlaşdırılması, icrası və nəzarətdə saxlanılması;
Şirkətin veb-layihələrinin və sosial media hesablarının idarə olunması, kontent və vizual baxımdan düzgün işləməsinə nəzarət edilməsi;
Rəqəmsal kanallar üzrə genişləndirilmiş analitik hesabatların (GA4, Looker Studio və s. vasitəsilə) hazırlanması və ROI/ROAS əsaslı strateji təkliflərin verilməsi;
Bazar trendlərinin və rəqiblərin rəqəmsal aktivliklərinin analiz edilməsi, yeni rəqəmsal alətlərin/platformaların tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi;
Şirkətin əsas veb-layihələrinin və "landing page"-lərinin texniki və vizual (UX/UI) baxımdan təkmilləşdirilməsinə nəzarət edilməsi və müvafiq təkliflərin hazırlanması;
Rəqəmsal marketinq büdcəsinin səmərəliliyinə nəzarət (CPC, CPL optimizasiyası) və xərclərin daimi monitorinqi;
Xərclərin izlənilməsi və marketinq hədəflərinə çatmaq üçün büdcələrin zərurətə uyğun olaraq tənzimlənməsi;
Rəqəmsal layihələr üzrə agentliklər, dizaynerlər və digər tərəfdaşlarla iş prosesinin koordinasiya edilməsi və briflərin hazırlanması;
Rəqəmsal marketinq kampaniyalarına dair yeni ideyaların və innovativ yanaşmaların gətirilməsi;
ERP/CRM və digər şirkətdaxili sistemlərdə rəqəmsal fəaliyyətlərə dair məlumatların müvafiq qaydada qeydiyyatının aparılması.
Tələblər
Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
Rəqəmsal platformalar üzrə (Meta Ads, Google Ads, TikTok Ads, SEO, Email Marketing) dərin bilik və praktiki təcrübə;
Veb-analitika alətləri ilə (Google Analytics 4, Looker Studio) peşəkar işləmə bacarığı;
Rəqəmsal layihələrin idarə edilməsi və büdcəyə nəzarət təcrübəsi;
İngilis dili üzrə yaxşı səviyyədə biliklər;
MS Office (xüsusilə Excel), Google Workspace və CRM sistemləri ilə işləmə bacarığı;
Güclü analitik düşüncə, nəticəyönümlülük və problemləri çevik həll etmə bacarığı;
Yüksək təşkilatçılıq və komanda ilə sıx əməkdaşlıq etmək qabiliyyəti.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14945
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+