Ticari Marketinq üzrə mütəxəssis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
Ərazi ziyarətləri – POS üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, promosyonların və stok səviyyəsinin monitorinqi;
Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar üzrə ticari planlama hazırlayıb satış komandasına təklif etmək;
KA və ənənəvi ticarət kanalı müştəriləri üçün brend menecerlərlə koordinasiya qurmaq və kateqoriyanı idarə etmək;
BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət, hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklərin planlanması və icrasına nəzarət);
Ticari və istehlakçı təkliflərinin proqnozlaşdırılması və tələbin planlaşdırma komandasına ötürülməsi;
Ticari aktivliklər üzrə satış hədəflərinə nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq;
Vəzifə tələbləri:
Ali təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Menecment, Marketinq və əlaqəli sahələr;
Minimum 1 il trade marketing, brand marketing və ya sales təcrübəsi, üstünlük təşkil edir FMCG, pərakəndə və ya distribusiya sektorunda işləmə təcrübəsi
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bilik; SAP və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;
İngilis dili yaxşı səviyyədə, rus dili bilmək üstünlükdür;
Çoxsaylı layihələri paralel şəkildə idarə etmək və tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətləri qurmaq bacarığı
İş şəraiti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
**İş yeri:**Bakı şəhəri
**İş qrafiki:**Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16525
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer