Şirkətlərə Qayıt
Veysəloğlu MMC

Veysəloğlu MMC

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

Veysəloğlu MMC

Mətbuatla əlaqələr və Sosial media üzrə mütəxəssis

Veysəloğlu MMC

Tam Ştat
Orta Səviyyə

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik! Namizədə dair tələblər: Jurnalistika, İctimaiyyətlə əlaqələr (PR), Marketinq və ya Filologiya sahəsində ali təhsil. PR və ya SMM sahəsində minimum 1-2 il iş təcrübəsi. Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (Rus və İngilis dili bilikləri arzuolunandır). Güclü təqdimat bacarığı və stresə davamlılıq. Yüksək səviyyədə korporativ yazışma və təqdimat bacarığı Vəzifə Öhdəlikləri: Şirkətin fəaliyyəti, yenilikləri və mühüm xəbərləri ilə bağlı press-relizlərin tərəfdaş media qurumları ilə paylaşılmasını təmin etmək; Media qurumları və jurnalistlərlə əməkdaşlıq çərçivəsində bütün görüşlərin təşkilini həyata keçirmək; Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam büdcəsinin idarə olunması; Bizneslərin marketinq və PR komandaları ilə daxili və xarici kommunikasiyanın idarə olunması; Şirkətin rəsmi sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, YouTube) idarə edilməsi və inkişaf etdirilməsi; Korporativ veb-saytın admin panelinin idarə edilməsi və məlumatların mütəmadi yenilənməsi. Tədbirlər, rəsmi görüşlər və xüsusi günlər üçün foto/video çəkilişlərin texniki tapşırıqlarını (brief) hazırlamaq; Media tərəfdaşları ilə müqavilə proseslərini idarə etmək, ödəniş şərtlərinə uyğun aylıq ödəniş planlarını hazırlamaq; Tərəfdaşlardan təhvil-təslim aktlarının alınması və sənədlərin (hesab-faktura və s.) vaxtında maliyyə şöbəsinə təqdim edilməsi; İş şərtləri: İş məkanı: Azure Plaza Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə İş rejimi: 5 gün (həftəiçi) Nahar: Təmin edilir Servis xidməti mövcuddur Rəqabətli əmək haqqı və mükafat sistemi. Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Mətbuatla əlaqələr və Sosial media üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və**job.veyseloglu.az** ünvanına göndərə bilərlər.