SƏTƏM mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
"Veysəloğlu" MMC “SƏTƏM mütəxəssisi” vakansiyasını elan edir.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Vəzifə öhdəlikləri:
SƏTƏM təlimatlarının hazırlanması və işçilərə təlimlərin keçirilməsi
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarətin həyata keçirilməsi
İş qəzaları və peşə xəstəlikləri ilə bağlı halların araşdırılması, reaktiv və proaktiv tədbirlərin təşkili
Ətraf mühitin mühafizəsi ilə bağlı normativ tələblərin icrasına nəzarət
Risklərin qiymətləndirilməsi və analizi
İstehsalat, logistika, təmir-tikinti prosesləri zamanı təhlükəsizlik tələblərinin icrasına nəzarət
Təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün iş yerlərində günlük yoxlamaların keçirilməsi
Qeydə alınmış uyğunsuzluqların təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək
Tələblər
SƏTƏM üzrə qanunvericilik (Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında qanun, Yanğın təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi) bilikləri
FHN şəhadətnamə və vəsiqəsinin olması mütləqdir, ISO 45001 sertifikatının olması üstünlükdür
Təlimlərin hazırlanması və keçirilməsi ilə bağlı təcrübə
İstehsalatda qurğu və avadanlıqların istismarı zamanı təhlükəsizlik tələblərini bilmək
Fövqəladə vəziyyətlərin idarə olunması üzrə bilgilər
Ezamiyyətə getmək imkanı
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına
və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13066
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə