Kateqoriya Meneceri/ İçkilər Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə funksiyaları:
Bazar trendləri, məhsul çeşidləri, qiymətlər və rəqib məlumatlarının sistemli və mütəmadi təhlili;
Marka və məhsul performansının izlənməsi və təhlil edilməsi;
Yeni məhsulların təsdiqi və kampaniyaların hazırlanması, sistemə daxil edilməsi;
Qiymətlərin müəyyən edilməsi və dəyişikliklərin vaxtında icrasının təmin olunması;
Xərclərin idarə olunması və məlumatların EBA/ERP sistemlərinə daxil edilməsi;
Marketinq layihələrinin və satış analizlərinin aidiyyəti şöbələr ilə koordinasiyası;
Vəzifə tələbləri:
Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi, marketinq və ya əlaqədar sahələr);
Kateqoriya meneceri və ya əlaqədar sahədə minimum 2-3 il iş təcrübəsi;
Alkoqol, xüsusilə elit alkoqol kateqoriyasında və Horeka bazarında təcrübə üstünlükdür;
Analitik düşüncə, sərbəst qərarvermə və məsuliyyətli yanaşma;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə bacarıq;
Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı; ingilis dili bilmək üstünlükdür;
Məlumatları vaxtında, strukturlaşdırılmış şəkildə təqdim etmək və effektiv kommunikasiya bacarığı.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kateqoriya Meneceri” qeyd etməklə göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11449
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor