Pl (Şəxsi Marka)Tədarükçülərinin Dəyərləndirilməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
Şəxsi marka (PL) Tədarükçülərinə məxsus müəssisələrdə illik plana əsasən planlı auditlərin keçirilməsi.
Auditlərin nəticələrinin hazırlanaraq üst rəhbərliyə təqdim edilməsi.
Şəxsi marka (PL) Tədarükçülərinə məxsus müəssisələrdə il ərzində plandankənar auditlərin (şikayət əsasında, uyğunsuzluq aşkarlandığında vəya başqa səbəb) keçirilməsi.
Şəxsi marka (PL), istehsal və idxal olunan qida və qeyri-qida məhsullarının anbarda və satış vitrinlərində rəf analizlərinin aparılması.
Pl məhsulların laboratoriya analizlərinin təşkili
Spesifikasiyaların tərtib və təyin edilməsi.
Pl məhsul və tədarükçü araşdırması.
Tələblər
Qida məhsulları mühəndisliyi, bioloq, kimya mühəndisi, istehlak malları ekspertizası və marketinqi .
Xarici dil: ingilis (orta), rus (yaxşı).
Məsuliyyətli
1-3 illik təcrübə.
İSO 22000:2018, İSO 9001:2015, HACCP və digər beynəlxalq sertifikatların olması üstünlükdür.
MS Office MS Excel, Word, Powerpoint ilə işləmə bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Pl (Şəxsi Marka) Tədarükçülərinin Dəyərləndirilməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15280
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə