Tibbi nümayəndə (Dermatoloqlar və kosmetoloqlar üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
Şirkətin tibbi məhsullarının həkimlərə və digər səhiyyə müəssisələrinə peşəkar şəkildə təqdim olunması;
Yeni müştərilər qazanmaq və mövcud müştərilərlə davamlı və güclü əlaqələr yaratmaq;
Müştərilər üçün təlimlər, təqdimatlar və seminarlar təşkil etmək və məhsullar haqqında məlumatlandırma aparmaq;
Şirkətin satış hədəflərinə çatmaq və satışın artmasını təmin etmək;
Rəqiblərin fəaliyyətini izləmək və bazar trendələri ilə bağlı məlumatlar toplamaq;
Tibbi məhsulların faydaları, istifadə qaydaları və göstərişləri barədə müştərilərə doğru və dolğun məlumatlar təqdim etmək;
Müştəri şikayət və sorğularını vaxtında və düzgün şəkildə həll etmək;
Həkimlər, aptek işçiləri və digər səhiyyə personalı ilə sıx əməkdaşlıq qurmaq;
Şirkət tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək və müştərilərə məhsul və xidmətlər barədə məlumat vermək;
Satış fəaliyyətləri və bazar təhlilləri ilə bağlı mütəmadi hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələblər
Ali təhsil (tibbi və ya əczaçı təhsil arzuolunandır)
Tibbi nümayəndə və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi (yalnız dermatoloq və kosmetoloqlar; üzrə təcrübəsi olanlar müsahibəyə dəvət olunacaq);
Yaxşı səviyyədə yazılı və şifahi rus dili bilikləri;
Yüksək ünsiyyət qurma bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi (üstünlük verilir);
Yüksək komanda işləmə bacarığı.; İşlərin düzgün və vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilatçılıq bacarıqları.
Necə Müraciət Etmək Olar
Avromed Company MMC
Manufacturing
Avromed Company MMC Azərbaycanda fəaliyyət göstərən aparıcı əczaçılıq (farmasevtika) şirkətlərindən biridir. Şirkət əsasən dərman vasitələrinin, tibbi məhsulların və səhiyyə təyinatlı malların idxalı və distribüsiyası ilə məşğuldur. Avromed beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edərək məhsullarını ölkə üzrə apteklərə, tibb müəssisələrinə və səhiyyə sektorunun digər iştirakçılarına çatdırır. Avromed Company MMC fəaliyyətində keyfiyyət, etibarlılıq və etik biznes prinsiplərini əsas tutur. Şirkət dərman bazarında davamlılığı təmin etmək, müasir logistika və anbarlama sistemləri ilə məhsulların təhlükəsiz dövriyyəsini həyata keçirmək və əhalinin keyfiyyətli tibbi məhsullara çıxışını artırmaq məqsədi daşıyır. Avromed eyni zamanda səhiyyə sektorunda peşəkar kadrların inkişafına və uzunmüddətli tərəfdaşlıqlara önəm verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8332
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+