Ana Səhifə
Vakansiyalar
Tibb və Əczaçılıq

Tibbi personal (tibb bacısı, laborant və s.)

Tibbi personal (tibb bacısı, laborant və s.)

Aparıcı şirkətlərdən 31 iş imkanı kəşf edin

Tibbi nümayəndə

Appro Laboratories

Tam Ştat
Orta Səviyyə

Sizə ödənişsiz qaydada, ümumi tibbi və marketinq kursları keçirilir Müsabiqədən keçmis və sınaq müddətini uğurla başa vurmuş şəxslər AR Əmək Məcəlləsinə uyğun elektron sənədləşdirilir Aylıq məvacib: Başlanğıc 600 AZN (Sınaq müddətini uğurla keçdiyiniz zaman - 750 AZN) Stajli nümayəndələrə stajından və iş bilgisindən asılı olaraq olaraq 1200 AZN-ə qədər maaş təklif olunur Satış hədəflərinin vurulması zamanı premiya (500-1000 AZN-ə qədər) Yemək şirkət tərəfindən verilir. (Hər gün fərqli menyu) İldə bir dəfə məzuniyyət verilir İldə iki dəfə 30-40% maaş artımı tətbiq olunur Maaşdan əlavə nəticələrinizə görə əlavə mükafatlar almaq imkanınız vardır İş vaxtı nümayəndələr uzaq ərazilərə şirkət tərəfindən təyin olunan avtomobillərlə - çatdırılır İş qrafiki: həftənin 5 günü 08:30-dan -18:00-dək (6-cı gün qısa iş günüdür). CV-lərinizi info@approlab.az mail adresinə göndərə bilərsiniz. Əlaqə nömrəmiz elanda qeyd olunan həftənin 5 günü (I-V) saat 09:00-dan 18:00-dək aktivdir. Zəhmət olmasa bu vaxt aralığında əlaqə saxlayın. İş görüşməsinə gələrkən klassik geyimdə olmalısınız. İşə düzəltmə agentliyi deyildir. İş haqqında Təcrübə tələb olunmur Ali və ya Orta təhsil Tələbə olmaması Təqdimat aparmaq bacarığı Məsuliyyətli və ünsiyyətcil olmaq Çeviklik və işgüzarlıq Yaş həddi: 18-35.

AAC MMC

Laborant (növbəli)

AAC MMC

Tam Ştat
Orta Səviyyə

Təhsil: Ali və ya orta-ixtisas təhsili (Kimya, Fizika, İstehsalat sahəsi üzrə arzu olunandır); Yaş həddi: 25-40 yaş Aidiyyatı sahədə 2 ildən artıq iş təcrübəsi Komputer bilikləri Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli; İş yerinin şərtləri: Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur Əmək haqqı: 700 azn İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossesi 47-ci km. Iş rejimi - növbəli iş qrafiki (1-ci növbə 08:00 – 20:00; 2-ci növbə 20:00-08:00 kimi;  2 gün ev) Nələri bilməlidir: Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi; Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi; Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi; Üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi Növbəsinə cavabdeh olması. Vəzifə öhdəlikləri: Şirkətə gətirilən xammal və istehsal olunan MHB və əhəngin laboratoriyada test olunması. Laboratoriyada olan əhəng, əhəng daşı, qum, sement və s. materialların test edilməsi; Lazımi sənədləşmə işlərinin aparılması; Laborant avadanlıqların və iş otağının təmizliyini təmin etməlidir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etməlidir. Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək qeyd olunan elektron ünvanına göndərməlidirlər.

Tibbi nümayəndə

ATİCO PHARMA

Tam Ştat
Başlanğıc Səviyyə

Tibbi Nümayəndə Vakansiyası Dərman sektorunda fəaliyyət göstərən şirkətimizə inkişaf yönümlü, ünsiyyətcil və öyrənməyə açıq tibbi nümayəndələr axtarırıq. Əgər satış sahəsində karyera qurmaq, tibbi biliklərinizi praktikada tətbiq etmək və peşəkar komandada çalışmaq istəyirsinizsə – sizi komandamıza dəvət edirik. Biz nə təklif edirik: Rəqabətədavamlı maaş + bonus sistemi İlkin və davamlı təlim proqramları Karyera inkişafı və yüksəliş imkanları İş fəaliyyəti üçün zəruri texniki dəstək Peşəkar və dəstəkləyici iş mühiti Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini “Tibbi nümayəndə” başlığı ilə hr@atico.az mail adresinə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. İş haqqında Ali və ya orta ixtisas təhsili (tibb, əczaçılıq, biologiya, kimya və ya əlaqəli sahələr üstünlükdür) Satış və ya tibbi nümayəndə sahəsində təcrübə üstünlükdür (təcrübəsiz namizədlərə də baxılır) Yaxşı ünsiyyət və təqdimat bacarıqları Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq Məsuliyyətli, aktiv və nəticə yönümlü yanaşma Azərbaycan dilində sərbəst ünsiyyət (rus və ya ingilis dili üstünlükdür) MS Office proqramlarında istifadəçi səviyyəsində biliklər Sahə işi və ezamiyyətlər üçün hazır olmaq.

Tibb bacısı

Caspian International Hospital

Tam Ştat
Orta Səviyyə

Tibb bacısının vəzifə öhdəlikləri aşağıdakılardır: həkiməqədər tibbi yardımı göstərmək. laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirmək. tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək. ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar aparılmasında həkimə assistentlik etmək. pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparmaq. həkim təyinatının yerinə yetirilməsini təmin etmək. dərman vasitələrinin, etil spirtinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyata keçirmək. tibbi sənədləşdirməni aparmaq. tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirmək. Tələblər: Reanimasiya, Cərrahiyyə, Təcili Tibbi yardım, Pediatriya və Zahılıq şöbələrində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. (həmin şöbələrin hər birində tibb bacısına ehtiyac var) Qan götürmək bacarığı mütləqdir. Yaş həddi : 25 – 35 yaş İş təcrübəsi: 3 il və daha çox İş günü : 6 günlük iş həftəsi (əlavə olaraq axşam növbələrinə qala bilməlidir) "Tibb bacısı" və ya "Mama" ixtisası üzrə orta ixtisas təhsili (özəl kurs bitirən namizədlər dəyərləndirilməyəcək) Sertifikasiya şəhadətnaməsi aktiv olan (diplomun verilmə tarixi 5 ili keçdiyi halda) İngilis və Rus dili bilikləri üstünlükdür. Qidalanma Klinika tərəfindən qarşılanır. Namizəd komandada işləmək bacarığına malik, məsuliyyətli, diqqətli və operativ olmalıdır.

Azersun Holding

Laborant (Kürdəmir)

Azersun Holding

Tam Ştat
Orta Səviyyə

**Müəssisə:**Şamaxı Dairy Farm MMC Azersun Holding” haqqında Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır. Vəzifə öhdəlikləri: Müəssisəyə daxil olan xammalın, yarımfabrikatların, ehtiyatların, qablaşdırmaların, qatqıların yoxlanmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması işini icra edir Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır. Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir. Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir. Təqlid və qanunsuz istehsal halları üzrə hüquqi tədbirlərin görülməsini və mübahisələrin hüquqi müstəvidə həllini təmin etmək. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməlidir.