Ağcabədi PİEZ filialında Laborant

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 15 may 2026

Təsvir

Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir. İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir. Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır. Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir. Cihazlarıngöstəricilərini, təhlilin nəticələrini işçijurnalındaqeyd edir. Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir.

Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır.

Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir. Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir. Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak edir.

Tələblər

MS Windows, MS Office,1C, İnternet və s. biliklər.

Təhsil dərəcəsi: Ali,orta-ixtisas

Necə Müraciət Etmək Olar

Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13966

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Tərtər PİTM filialında SƏTƏM üzrə mühəndis

Tam Ştat

İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi; İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək; Sahədə görülən işlərin xüsusiyyətlərini başa düşmək və müştəri, əsas podratçının daxili tələblərini bilmək; İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq; Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının həyata keçirilməsinə nəzarət etmək; İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək; İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq; İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq; İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək; SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi; SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi; SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi; Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi; Yeni işə qəbul edilən əməkdaşlara və Mərkəz ərazisinə daxil olan qonaqlara Giriş təlimatının keçirilməsi;

Biləsuvar PİEZ filialında fermerlərlə iş üzrə əməliyyat texniki

Tam Ştat

✅Yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında alınan məlumatların emalını, lazım olan texniki hesabların aparılmasını yerinə yetirir. ✅Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında iştirak edir. ✅Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialların emalı və toplanması işini yerinə yetirir. ✅Əlyazmaların, tapşırıq və hesabat sənədlərinin rəsmiləşdirilməsi üzrə texniki işi yerinə yetirir. ✅Görülən işin baxılmasından və müzakirəsindən sonra, qəbul edilmiş qərara əsasən texniki sənədlərə lazımi dəyişikliklər və düzəlişlər edir. ✅Daxili olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata alır, onların mühafizəsini təmin edərək, sənədlərin daxil olması uçotunu aparır, onların vaxtında yerinə yetirilməsinə nəzarət edir. ✅Aparılan işlər haqqında hesabat tərtib etmək üçün alınan məlumatı sistemləşdirərək emal edir və hazırlayır. ✅Fermerlərin müraciət ərizələrini qəbul edir, müraciət ərazələrinə baxış keçirmək üçün müvafiq alt sənədlərin toplanmasını tələb edir, hazır sənədləri filial direktoruna / filialın direktor müavininə dərkənara üçün təqdim edir. ✅Filial direktorunun / filialın direktor müavininin rəyinə əsasən fermerin ərazilərinin GPS vasitəsi ilə ölçülməsi üçün müvafiq sənədləri təqdim edir, baxış aktı, GPS ölçüsü və digər normativ sənədlər tam şəkildə hazır olduqdan sonra fermerlə 3 (üç) tərəfli müqavilə hazırlayır, müqavilədə fermerin imza nümunəsi yoxlanıldıqdan sonra tərtib olunmuş sənədlər toplusunun (3 tərəfli müqavilədən başqa) surətini Cəmiyyətin aparatına göndərir. ✅3 tərəfli müqaviləni təsdiqlətmək üçün müqaviləni digər alt sənədləri ilə birlikdə Cəmiyyətin aparatına göndərilir. ✅Təsdiq edilmiş müqavilənin 1 nüsxəsinin fermerə təqdim edilməsini təmin edir, Müqavilə bağlanıldıqdan sonra, fermerlərə buraxılan nəğd vəsaitlər barədə (icarə, əkin, arat, 1-2-3 suvarma, mator suvarma, ketmənləmə 1-2 və s.) aparıcı-aqronom, aqronom və əlaqələndirici (ərazi nümayəndəsi) tərəfindən verilən sifarişləri qəbul edir və müvafiq qaydada icra edir. ✅Fermerlərə göstərilən xidmətlərin, avans vəsaitlərinin, natura şəklində verilən mal-materialın (çiyid, gübrə, dərman peraparatları və s) ümumi avansın verilməsi reyestrinə işlənməsini icra edir. ✅Ümumi avans verilməsi reyestri ilə bərabər, 1C ERP proqramına bütün fermerlərin məlumatlarını daxil edir. ✅Fermerlərin əkin və məhsul subsidiyaları alması üçün “e-Aqro”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) və “Tap Aqro” portallarında müvafiq əməliyyatları icra edir