Ana Səhifə
Vakansiyalar

Saatlı rayonunda Əmtəəşünas II zona

Saatlı rayonunda Əmtəəşünas II zona

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir.Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.

Tələblər

Namizədə tələblər:

  • Yaş:30-45

  • Təhsili: Ali təhsil

  • Sahə üzrə iş təcrübəsi: ən azı 1 il

  • Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, 1C və s.)

  • Xam pambığın qəbulunda və saxlanılmasında istifadə olunan normativ texniki səndləri bilməsi vacibdir.

  • İş yerinə yaxınlıqda yaşayanlara üstünlük verilir

Necə Müraciət Etmək Olar

Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13160

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Ağdam PİTM filialında kadrlar üzrə müfəttiş-tabelçi

Tam Ştat

Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi; Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün  ESD və ERP sistemlərinə yerləşdirilməsi; Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi; İşçilərin şəxsi işlərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi; Sadə formada və xüsusi proqram (ZKTeco) vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi; Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması; Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.

Salyan PİTM filialında kadrlar üzrə müfəttiş-tabelçi

İmişli PİTM filialında SƏTƏM üzrə mühəndis

Tam Ştat

Filialın iş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar edir. İş yerində baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edir. Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında Filialın struktur bölmələrinə köməklik göstərir. İş yerində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir. Filialın müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak edir. Filialın və müvafiq bölmələrinin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edir. Filialın bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərir. Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlayır və təlimat keçir. Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərir. Filialın bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil edir, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərir. Müvafiq müddətə və müəyyən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlayır.