Texniki Dəstək üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 5 mart 2026

Təsvir

İş yeri: 3 gün zavod ofisi **(**Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.) / 2 gün şəhər ofisi (8 noyabr prospekti, Baku Bay Tower).

Tələblər

  • İqtisadiyyat, Mühəndislik və yaTikinti Materialları sahəsində ali təhsil

  • Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi

  • İngilis dili biliyi

  • MS Office proqramlarında işləmək bacarığı

  • Sement istehsalı, sementin fiziki və kimyəvi parametrlərinin təhlili, beton istehsalı və beton keyfiyyətinin təhlil edilməsi sahəsində texniki biliklər

  • Sement, beton, doldurucu və kimyəvi qatqılarla bağlı mövcud standartlar (EN, ASTM, GOST və s.) haqqında biliklər

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Cari və potensial müştərilərə texniki dəstək göstərmək və onların məmnuniyyətini təmin etmək

  • Müştərilərin məmnunluq dərəcəsinin artırılması üçün keyfiyyətlə bağlı şikayətlərə baxılması və problemlərin həll edilməsi

  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi

  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi

  • Yeni məhsul və xidmətlərin hazırlanması üçün bazar tələblərini araşdırmaq və təkliflər vermək

  • Məhsulların keyfiyyət sertifikatlarını və hesabatlarını təmin etmək və müştərilərə təqdim etmək

  • Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar)

  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının tələblərinə əsasən uyğunluğunu təmin etmək

  • Ödənilməmiş tələblərin aşkar edilməsi və həlli (layihə və spesifikasiyaların öyrənilməsi vasitəsilə)

  • Yekun həll yolunun işlənib hazırlanmasına dəstək (qarışıqların tərkibinin optimallaşdırılması və ya tərtib edilməsi, tətbiqi üzrə tövsiyələrin verilməsi, məhsulun sınaq edilməsi, yerində sınaqların aparılması, yeni məhsul)

  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi

  • Beton Laboratoriyasının işinin təşkili, müvafiq sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması

  • Xammal hədəfləri üzrə illik planın tərtib edilməsinə dəstək göstərilməsi

  • Məhsulların fəal surətdə reklam edilməsi üçün sement və beton standartları ilə əlaqəli bazarda mövcud olan bütün tələblərin öyrənilməsi (bazardakı meyllərin (standartlar, qaydalar) öyrənilməsi və monitorinqi), məhsul/xidmətlərin sertifikatlaşdırılması üçün təkliflərin (qiymət, üstünlük, fayda) hazırlanması, sertifikatların alınması, texniki məlumatlarla təmin edilməsi

  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq

  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;

  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta

  • Nəqliyyat

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9684

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya