Regional Satış Təmsilçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 fevral 2026

Son Tarix: 11 mart 2026

Təsvir

İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower

Tələblər

  • İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili

  • 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi

  • İngilis dili biliyi

  • MS Office proqramlarında işləmək bacarığı

  • Sement və beton istehsalı üzrə texniki biliklər

  • Bazarın təhlili və araşdırılması üzrə təcrübə

  • Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər

  • Sənaye standartları haqqında məlumatlılıq

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorlarla müntəzəm olaraq əlaqələrin saxlanması;

  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi;

  • Müştərilər, pərakəndə satıcılarla müqavilələrin monitorinqi;

  • Müştəri kreditlərinin, pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi;

  • Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi;

  • Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm olaraq rəylərin toplanması;

  • Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması;

  • Müştərilərin, pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması;

  • Korporativ və potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi;

  • NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması;

  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;

  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;

  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta

  • Nəqliyyat

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9849

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya