Təchizat Logistikası üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 17 mart 2026
Təsvir
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər
İqtisadiyyat, gömrük, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali bakalavr təhsili (Magistr dərəcəsinin olması üstünlükdür)
Logistika sahəsində ən azı 3 il iş təcrübəsi
Əla səviyyədə İngilis dili biliyi
SAP, MS Office, TMS proqramları üzrə bacarıqlar
e-customs, e-keyfiyyət, e-gov.az portallarından istifadə bacarıqları
CILT və ya oxşar sertifikat
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Logistika xidmətləri sahəsində mütəmadi bazar araşdırmalarının aparılması və yeni daşıyıcı şirkətlərin müəyyən edilməsi;
Yeni şirkətlərin ilkin qiymətləndirilməsinin təşkili və qiymətləndirmə nəticəsinə əsasən şirkətlərlə müqavilələrin bağlanmas;
Sifariş edilmiş malların daşınması üçün sorğuların çıxılması və şirkətlərin seçilməsi;
Sifariş edilmiş mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi gömrük-nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi;
İdxal olunan malın mənşə ölkəsinə və tələbin təcililiyinə əsasən uyğun marşrutun və nəqliyyat növünün seçilməsi;
Daşınma prosesinə nəzarət edilməsi, daşınma planında baş verən dəyişikliklərlə bağlı şöbə rəhbəri və son istifadəçinin məlumatlandırılması;
İdxal olunan yüklər üzrə Qısa İdxal Bəyannamələrinin vaxtında nəqliyyatçı şirkətə təqdim edilməsi;
İdxal olunan mal və materiallara AR Nazirlər Kabinetinin 500 saylı qərarı ilə təsdiqlənmiş XİFM kodun təyin edilməsi. Ehtiyac yarandığı təqdirdə Ümumdünya Gömrük Təşkilatının müvafiq izahatnaməsinə müraciət edilməsi;
Gömrük rəsmiləşməsi üçün tələb edilən sənədlərin doğru şəkildə gömrük brokerinə təqdim edilməsi;
Malların yük gömrük bəyannaməsində doğru təsvir edilməsi üçün gömrük brokerinə idxal olunan mallarla bağlı dəqiq məlumatın verilməsi;
Gömrük rəsmiləşməsi prosesinin bitməsi ilə bağlı müvafiq şöbələrin məlumatlandırılması;
İdxal/ixrac olunan malların məbləğinə əsasən hər zaman gömrük sistemində rüsum, ƏDV və digər xidmətlərin ödənilməsi üçün kifayət qədər maliyyə vəsaitinin olmasına nəzarət edilməsi;
Daşınma şirkətlərinin təqdim etdiyi ödəniş sənədlərinin doğruluğunun yoxlanılması və ödənişə təqdim edilməsi;
E-customs və e-keyfiyyət portallarında müvafiq müraciətlərin (ekspertiza, anti-inhisar) edilməsi;
Daşınma şirkətinin illik qiymətləndirilməsinin aparılması və qiymətləndirmə nəticəsinə əsasən gələcək fəaliyyətin müəyyənləşdirilməsi;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10313
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə