Texniki dəstək üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək.
İstifadəçi komputerlərinə nəzarət və çıxan problemlərin həll etmək.
MS Office üzrə istifadəçi bilikləri, əməliyyat sistemlərinin qurulması, nüsxələrinin çıxarılması , sistemdə çıxan problemlərin aradan qaldırılması.
Kompüter avadanlıqları, skanerlər, printerlər, telefonlar və digər periferiya qurğularına texniki dəstəklə təmin etmək.
Şirkətin IT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq IT avadanlıqlarında çıxan nasazlıqları aradan qaldırmaq, mümkün olarsa sıradan çıxmış avadanlıqların detallarını dəyişməklə işləkliyini təmin etmək və ya prosedurlara müvafiq olaraq təmirə göndərmək.
Komputerlərin və printerlərin mütəmadi diaqnostikasını aparmaq.
Bizim üçün uyğun namizəd:
İT və ya müvafiq sahə üzrə Ali təhsili olan;
İT ixtisası üzrə sertifikatlar arzuolunandır;
İT Texniki dəstək üzrə iş təcrübəsinə sahib;
Əməliyyat sistemləri, kompüter avadanlığı, və proqram təminatları barəsində bilikləri olan;
Şəbəkənin əsaslarını bilən;
TCP / IP, DHCP və DNS protokolu barədə məlumatlı;
E-poçtun quraşdırılması və konfiqurasiyasını bacaran;
Detallara diqqət edən və nəticəyə yönümlü;
Ünsiyyət bacarıqları yüksək olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16581
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+