Texniki dəstək üzrə kiçik mütəxəssis (Helpdesk)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 9 mart 2026

Təsvir

  • Müxtəlif əməliyyat sistemlərinin (Windows, Linux və s.) yüklənməsi və sazlanması;

  • Kompüter və şəbəkə avadanlığının diaqnostikası və monitorinqi;

  • Notebook, PC, printer və digər şəbəkə avadanlıqlarına proqram təminatının yüklənməsi və texniki qulluq edilməsi;

  • İstifadəçilərdən gələn texniki sorğuların qəbul edilməsi və dəstək göstərilməsi;

  • LAN və WiFi şəbəkələrinin işləməsinin təmin edilməsi və problemlərin həlli;

  • Active Directory üzərində istifadəçilərin aktiv edilməsi, mail hesablarının yaradılması və idarə edilməsi;

  • 1C sistemində istifadəçilərin qoşulmasının təmin edilməsi;

  • Paylaşılan qovluqlarla (Folder Sharing) işləmək və icazələri idarə etmək;

  • Ticketing sistemi vasitəsilə texniki məsələlərin idarə edilməsi və həll olunması;

  • Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;

  • İT sifarişlərinin 1C sistemində yerləşdirilməsi.

Tələblər

  • Əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə biliklər;

  • Kompüter və şəbəkə avadanlıqlarının iş prinsipləri və diaqnostikası üzrə biliklər;

  • LAN və WiFi şəbəkələrinin qurulması və problemlərinin həlli;

  • Active Directory ilə işləmə bacarığı;

  • 1C sistemində istifadəçilərin idarə olunması üzrə biliklər;

  • Folder Sharing və istifadəçi icazələrinin idarə edilməsi;

  • Ticketing sistemləri ilə işləmə bacarığı;

  • Problemlərin həllinə yönəlik analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;

  • Komandada işləmə və istifadəçilərlə effektiv kommunikasiya bacarığı.

  • Namizəd ölkədaxili ezamiyyətlərə açıq olmalıdır.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş rejimi (Şənbə qısaldılmış iş günü)

  • İstirahət günü: Bazar günü

  • İş yeri: Ağdağ Gips Zavodu (Qaradağ rayonu, Bakı Qazax şossesi, 27-ci km).

  • Müsahibə ünvanı: Luxen Plaza

Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7671

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya