Maliyyə Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 29 mart 2026
Təsvir
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında və təhlilində dəstək;
Büdcənin tərtib edilməsində, icrasında nəzarət və kənarlaşmaların analiz edilməsində dəstək;
Pul vəsaitlərinin hərəkətinə (cash flow) nəzarət;
Maliyyə göstəricilərinin təhlilində və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsində dəstək;
Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflərin hazırlanması;
Banklar, audit və digər maliyyə qurumları ilə işlərlə bağlı dəstək;
Daxili maliyy' prosedurlarının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək və tövsiyyələr vermək;
Rəhəbrliyin göstərişlərinə əsasən digər maliyyə tapşırıqların həyata keçirilməsi.
Tələblər
Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Yaş həddi: 25-35;
İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (Rus və ingilis dilləri arzu olunandır)
Kompüter bilikləri: MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
Şəxsi keyfiyyətlər:
Analitik düşünmə bacarığı;
Məsuliyyətlilik;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 gün, 09:00-18:00;
İstirahət: Şənbə və bazar günləri;
Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10030
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000