Satınalma Üzrə Mütəxəssis (Sənaye və Texniki Təchizat üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 29 mart 2026
Təsvir
Texniki xidmətlərin satın alınması;
Ehtiyat hissələri və avadanlıq materiallarının satın alınması;
Mürəkkəb və qarışıq xarakterli alışların idarə edilməsi;
Tender prosedurlarının həyata keçirilməsi;
Müqavilələrin idarə olunması;
Texniki bölmələrlə koordinasiya;
Sənədləşmə və hesabat.
Tələblər
Təhsil: Ali texniki və ya iqtisadi təhsil (Maşınqayırma, Sənaye mühəndisliyi, İqtisadiyyat və ya analoji ixtisas);
İş təcrübəsi: Minimum 2-3 il;
Yaş həddi: 25-33;
Ölkə daxili və xarici ezamiyyə imkanları.
Texniki biliklər:
Ehtiyat hissələri, texniki spesifikasiyalar və sənaye avadanlıqları haqqında əsas anlayışlar;
Tender prosedurları və müqavilə idarəetməsi üzrə praktiki bilik;
MS Office (xüsusilə Excel) proqramında sərbəst iş bacarığı.
Dil bilikləri: Azərbaycan dili (Rus və İngili dili bilikləri üstünlükdür)
Şəxsi keyfiyyətlər:
Yüksək analitik düşüncə qabiliyyəti və detallara diqqət;
Mürəkkəb texniki sənədləri və kommersiya təkliflərini tənqidi nəzərlə qiymətləndirmə bacarığı;
Güclü danışıqlar aparmaq və təchizatçılarla effektiv ünsiyyət qurmaq;
Yüksək məsuliyyət hissi, müstəqil qərar qəbul etmə qabiliyyəti və çoxsaylı tapşırıqları eyni anda idarə edə bilmək bacarığı;
Dürüstlük, etik iş prinsiplərinə sadiqlik və korporativ qaydalara riayət
Komandada ilə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 gün, 09:00-18:00;
İstirahət: Şənbə və bazar günləri;
Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10031
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000