Təsərrüfat işləri üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Müəssisədə təsərrüfat və inzibati işlərin, o cümlədən ofis sənədləşməsi, təchizat və gündəlik təşkilati məsələlərin idarə olunmasını təmin edir, həmçinin istehsalat sahəsində nizam-intizam və səliqəyə nəzarət edir.
Müəssisənin təsərrüfat və gündəlik inzibati işlərinin təşkili və nəzarəti
Ofis sənədləşmələrinin aparılması (yazışmalar, sənədlərin hazırlanması və uçotu)
Anbar və istehsalat sahələrində səliqə və nizam-intizamın təmin edilməsi
Təchizat proseslərinin təşkili və materialların uçotunun aparılması
Təmizlik, texniki xidmət və xırda təmir işlərinin koordinasiyası
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Şirkətin daxili qayda və prosedurlarına, o cümlədən SƏTƏM qaydalarına riayət olunması.
Tələblər
Ali təhsil
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə (rus dili arzuolunandır)
MS Office proqramlarında (Outlook, Word, Excel) sərbəst işləmək bacarığı
Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı
Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq
Vaxtın düzgün idarə edilməsi və analitik düşünmə qabiliyyəti
Komanda ilə işləmək bacarığı
İş şərtləri:
Rəsmi əmək müqaviləsi (Əmək Məcəlləsinə uyğun)
Tam iş günü
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13928
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+