Ana Səhifə
Vakansiyalar

Pelet-press operatoru ( Balakən)

Pelet-press operatoru ( Balakən)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 29 aprel 2026

Təsvir

  • Pelet-press avadanlığını işə salmaq, idarə etmək və təhlükəsiz qaydada dayandırmaq.

  • Gündəlik işə başlamadan əvvəl press, qranulyator, kondisioner, qidalandırıcı və digər əlaqəli sistemlərin sazlığını yoxlamaq.

  • Avadanlığın iş parametrlərini (temperatur, rütubət, məhsul axını, sıxma dərəcəsi və s.) düzgün tənzimləmək.

  • Xammalın (un, qarışıq yem, yonqar, biomassa və s.) pressə doğru miqdarda və bərabər verilməsini təmin etmək.

  • Peletlərin ölçü, sıxlıq, rütubət və bütövlük kimi keyfiyyət göstəricilərinə nəzarət etmək.

  • Prosesi fasiləsiz və stabil saxlamaq üçün pressin içindəki yükü, matris və rolik işini izləmək.

Tələblər

  • Cinsi: Kişi

  • Yaş həddi: 20-35

  • Təhsil: Orta, Orta ixtisas, peşə təhsili

  • İş təcrübəsi: 1-3 il

  • Gecə növbəsində işləmək

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13926

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya