Fəhlə (İstehsalat)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

İstehsalat sahələrində və anbarlarda yardımçı işlərin yerinə yetirilməsi, yükləmə-boşaltma və daşınma işlərinin icrası, ərazidə səliqə-sahmanın qorunması, təhlükəsizlik qaydalarına riayət edilməsi və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

Vəzifə öhdəlikləri:

  • İstehsalat sahələrində və anbarlarda yardımçı işlərin yerinə yetirilməsi;

  • Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması;

  • Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və digər qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənməsi, boşaldılması, daşınması və anbar daxili emalı;

  • Nəqledici vasitələrdə və anbarda yüklərin bağlanması və üstünün örtülməsi;

  • Nəqledici vasitələrin təmizlənməsi və yağlanması;

  • Sexlərdə və digər istehsalat binalarında istehsalat tullantılarının və zibillərin yığışdırılması;

  • Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi;

  • Rəhbərliyin əmr və sərəncamlarının yerinə yetirilməsi.

İş haqqında:

  • İş rejimi: 6 günlük (dəyişkən)

  • İş saatları:

  • Həftə içi: 08:00 – 16:00

  • Şənbə: 08:00 – 14:00

  • Gecə növbəsi: Var

  • Nahar: Şirkət hesabına

  • Servis xidməti: Bakı və Sumqayıt şəhərlərindən

  • Əmək haqqı: 600 AZN (Fix maaş 600 AZN + əlavələr)

  • İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı–Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

Namizədə tələblər:

  • Cinsi: Kişi

  • Yaş həddi: 20–35 yaş

  • Təhsil: Orta, orta ixtisas və ya peşə təhsili

  • İş təcrübəsi: 1–3 il

  • Gecə növbəsində işləmək imkanı olmalıdır

  • Fiziki cəhətdən sağlam və dözümlü

  • Məsuliyyətli, intizamlı və çalışqan

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13925

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya