Satış üzrə Koordinator

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

  • Satış komandası və müştərilər arasında koordinasiyanın təmin edilməsi

  • Müştəri sifarişlərinin qəbulu, icrasına nəzarət və prosesin izlənməsi

  • Satış sənədlərinin hazırlanması (müqavilələr, hesab-fakturalar və s.)

  • Müştəri bazasının idarə olunması və müntəzəm yenilənməsi

  • Satış hesabatlarının hazırlanması və təqdim edilməsi

  • Logistika və anbar şöbələri ilə əməkdaşlıq edərək məhsulların vaxtında çatdırılmasının təşkili

  • Müştərilərə satış sonrası dəstəyin göstərilməsi

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli sahə üzrə)

  • Satışın koordinasiyası, satınalma və ya digər əlaqəli sahədə iş təcrübəsi

  • MS Office proqramlarında (xüsusilə Excel) və 1C proqramında sərbəst işləmək bacarığı

  • Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (İngilis və ya Rus dili bilikləri üstünlükdür)

  • Analitik düşünmə, diqqətlilik və komandada işləmək bacarığı

  • Problem həll etmə və vaxtın effektiv idarə olunması bacarığı

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13927

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya