Təmirçi-çilingər (Salyan)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 31 mart 2026

Son Tarix: 16 aprel 2026

Təsvir

  • Aidiyyəti avadanlıqların sökülüb-yığılmasını və tənzimlənməsini icra etmək; Deponun əhatə sahəsinə aid olan su, kanalizasiya, tikinti quraşdırma və s. işlərin görülməsini həyata keçirmək;

  • Depo ərazisində yerləşən su, kanalizasiya, elektrik xətləri, digər yeraltı və yerüstü xətlərin sazlığına nəzarət etmək;

  • İş yerinin təmiz, alət və cihazların saz vəziyyətdə saxlanmasını təmin etmək;

  • Əmək və intizam qaydalarını bilmək və qüvvədə olan qanunvericiliyin yerinə yetirilməsinə məsuliyyət daşımaq;

  • Depo rəisinin verdiyi tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Orta;

  • Dəmir yolu nəqliyyatında təlimatlara dair biliklər;

  • Texniki istismar qaydaları üzrə biliklər.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12198

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Teplovoz maşinist köməkçisi (Salyan)

Tam Ştat

Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək; Teplovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək; İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq; Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək; Teplovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq, nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırmaq üçün lazımı tədbirlər görmək; Teplovoz dayanarkən ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək, teplovozda olan təhlükəsizlik qurğuların işinə nəzarət etmək; Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (teplovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək; Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, təyin olunmuş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq; Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (teplovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;