Təmir-Tikinti Meneceri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrası.

  • Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət.

  • Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanması və icrasının təşkili.

  • Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrası və iş keyfiyyətinə nəzarət.

  • Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli.

  • Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası.

  • Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət.

  • Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi.

  • Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması.

  • Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

  • Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili.

Tələblər

  • Tikinti və Memarlıq sahəsində ali təhsil

  • Tikinti üzrə norma və qaydalar üzrə biliklər

  • Təmir-tikinti və mühəndis işlərində minimum 5 il praktiki təcrübə

  • Layihə idarəetməsi bacarığı

  • Texniki sənədlərlə (çertyoj, smeta, akt) işləmək bacarığı

  • AutoCAD biliyi mütləqdir

  • Liderlik və analitik düşünmə qabiliyyəti

CV-nizi mövzu hissəsində “Təmir-Tikinti Meneceri” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9266

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya