Təhsil məsləhətçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
ROOF Academic Training beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT və s.) hazırlıq, ümumi və korporativ ingilis dili və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Vəzifə öhdəlikləri:
Tələbələrə Roof Academy-nin təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçim etmələrinə dəstək olmaq
Akademik planlaşdırma, hədəflərin müəyyənləşdirilməsi və fərdi inkişaf yollarının qurulmasında tələbələrə rəhbərlik etmək
Tələbələrin təhsil prosesində qarşılaşdıqları çətinliklərin həlli məqsədilə fərdi və qrup formatında məsləhətlər vermək
Tələbələrə sosial və emosional məsələlərdə dəstək olmaq, onların inkişafını mütəmadi izləmək
Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin akademik və şəxsi inkişafını gücləndirmək, effektiv təhsil kommunikasiyasını təmin etmək
Bütün iş proseslərini və tələbə məlumatlarını CRM sisteminə vaxtında və dəqiq şəkildə daxil etmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində və yüksək keyfiyyətlə icra etmək
Tələblər
Psixologiya, Təhsil, Sosial iş və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
Təhsil və ya sosial xidmət sahələrində iş təcrübəsi üstünlükdür
Yüksək ünsiyyət bacarıqları, aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları
Tələbələrin ehtiyaclarını düzgün analiz etmək və empatiya ilə yanaşmaq bacarığı
Güclü təşkilatçılıq, vaxtın səmərəli idarə edilməsi və problem həll etmə bacarıqları
Təhsil sahəsində əsas metod və yanaşmalar üzrə nəzəri və praktik biliklər
Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti
İngilis dili biliyi: B2
MS Office proqramlarından istfadə etmə bacarığı
Xüsusi qeydlər:
Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması
İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq
Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək
Səbrli, məsuliyyətli və punktual olmaq
Sizə nə təklif edirik:
Gənc və dinamik komanda
Pozitiv və motivasiyalı mühit
İş prosesində yerli və beynəlxalq təcrübə
Öyrənmə və inkişaf perspektivləri
Şərtlər:
Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi- Cümə 09:00-18:00, Şənbə 16:00-dək
İstirahət günü: həftənin bazar günü
Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq
Maraqlanan namizədlər mövzu hissəsində “Təhsil məsləhətçisi” qeyd etməklə CV-lərini göstərilən email ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Roof Academic Training
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14717
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə