Digər təhsil işləri

Aparıcı şirkətlərdən 10 iş imkanı kəşf edin

Ausbildung üzrə Təhsil Mütəxəssisi

Berlin Academy

Tam Ştat
Orta Səviyyə

Ausbildung üzrə Təhsil Mütəxəssisi Əsas tələblər: Natamam və ya Tam Ali Təhsil Yaş: 20-30 Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı; MS Office (MS Excel, MS Word) proqramlarından sərbəst istifadə qabiliyyəti; Alman dil biliyi: minimum B1 (Səlist danışıq üstünlükdür) Xanım və bəy namizəd tələb olunur. İş təcrübəsi minimum 1 il Vəzifə öhdəlikləri: Ausbildung proqramlarını araşdırmaq və müraciətçilər üçün tələb olunan şərtləri öyrənmək. Müştərilərə və şirkət əməkdaşlarına Ausbildung proqramları haqqında ətraflı məlumat vermək. Şirkət müştərilərinə Ausbildung proqramlarına müraciət prosesi ilə bağlı məsləhət vermək. Lazım olan məlumatlar və sənədlər siyahısını təqdim etmək. Müştərilərin adından Ausbildung proqramlarına müraciət etmək. Ausbildung proqramında iştirak üçün müştərilərə viza prosesində məsləhət vermək. Ausbildung proqramına müraciət edən müştərilərin WhatsApp qrupları və zəngləri ilə əlaqə saxlamaq. Lazım olduqda, ofisdə müştərilərlə görüşlər təşkil etmək. Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək. Deadlineların idarə edilməsi və onlara riayət edilməsi bacarığı. İş qrafiki: Bazar ertəsi-Cümə İş saatları: həftəiçi  10:00 – 18:00 İş yeri: 28 May, İzzət Həmidov küçəsi Bütün maraqlanan namizədlərdən CV-lərini berlinacademyvacancy@gmail.com ünvanına mövzu hissəsində “Ausbildung üzrə Təhsil Mütəxəssisi” vəzifəsinin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Təhsil üzrə Baş Mütəxəssis

Caspian Global Education

Tam Ştat
Orta Səviyyə

Caspian Global Education vakansiya elan edir – Təhsil üzrə Baş Mütəxəssis Caspian Global Education yaxın müddətdə fəaliyyətə başlayacaq yeni və iddialı xaricdə təhsil şirkətidir və biz komandamıza bu sahədə real təcrübəyə malik, peşəkar və məsuliyyətli Təhsil üzrə Baş Mütəxəssis axtarırıq. Bu mövqe şirkətin ilkin mərhələsində əsas aparıcı qüvvələrdən biri olacaq. Buna görə də biz yalnız sahəni dərindən bilən, prosesləri düzgün idarə etməyi bacaran, tələbə və valideynlərlə peşəkar ünsiyyət qura bilən namizədlərlə əməkdaşlıq etmək istəyirik. Əsas vəzifələr: Xaricdə təhsil üzrə müraciət proseslərinin peşəkar şəkildə idarə olunması Müxtəlif ölkələr üzrə universitet, kollec, bakalavr, magistr və doktorantura pillələrinə qəbul müraciətlərinin hazırlanması və yönləndirilməsi Viza dəstəyi, sənədləşmə və qəbul proseslərinin düzgün təşkili Attestatla qəbul, imtahansız qəbul və dil sertifikatı olmadan müraciət imkanları üzrə düzgün istiqamətləndirmə Kəsri olan və ya mürəkkəb vəziyyətdə olan tələbələr üzrə uyğun həll yollarının təqdim edilməsi Tələbələrin yataqxana, yaşayış yeri, qarşılanma, transfer və ilkin yerləşmə prosesləri üzrə koordinasiyası Tələbə və valideynlərlə peşəkar kommunikasiya qurulması Müqavilə mərhələsində və digər vacib proseslərdə aktiv iştirak Namizədə tələblər: Xaricdə təhsil sahəsində minimum 2–3 il rəsmi iş təcrübəsi Sahə üzrə praktik bilik və real iş təcrübəsi Viza, sənədləşmə, qəbul və tələbə yönləndirmə proseslərini sərbəst idarə etmək bacarığı Məsuliyyətli, operativ və detallara diqqətli olmaq İngilis dili minimum B1+ Rus dili biliyi üstünlükdür İş şəraiti: İş formatı: Hibrid İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00 Vacib görüşlər, tələbə və valideynlərlə əyani ünsiyyət, müqavilə bağlanması və digər mühüm proseslər zamanı ofisdə iştirak tələb olunur Digər günlərdə və işin xarakterinə uyğun olaraq məsafədən çalışma mümkündür Əmək haqqı və bonus sistemi: İlk 3 ay üçün fiks maaş 1000 AZN təşkil edəcək Daha sonra maaş hər 2 aydan bir 100 AZN artırılacaq Yekunda fiks maaş 1400 AZN səviyyəsinə çatacaq Bundan əlavə, tələbələrlə bağlanan müqavilələr üzrə bonus/faiz sistemi bütün mərhələlərdə qüvvədə olacaq Vacib qeyd: Şirkətimiz may ayından fəaliyyətə başlayacaq, hazırda isə qabaqcadan namizəd seçimi aparılır. Müraciət qaydası: Namizədlər CV-lərini və “Niyə sizi seçməliyik?” adlı qısa müraciət mətnini   Ferhad0404@proton.me elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində mütləq qeyd olunmalıdır:   Təhsil üzrə Baş Mütəxəssis Diqqət: CV olmadan müraciətlərə baxılmayacaq “Niyə sizi seçməliyik?” mətni olmadan müraciətlərə baxılmayacaq Süni intellekt vasitəsilə yazıldığı açıq şəkildə görünən müraciətlər nəzərdən keçirilməyəcək Əgər siz xaricdə təhsil sahəsində real təcrübəyə malik, bu prosesi peşəkar şəkildə idarə edə bilən və yeni qurulan şirkətdə əsas rol oynamağa hazır namizədsinizsə, müraciətinizi gözləyirik.

StudyLab

Akademik işlər üzrə şöbənin mütəxəssisi

StudyLab

Tam Ştat
Menecer

Namizəddən tələblər: B2 səviyyədə ingilis dili biliyi mütləqdir. Təhsil (Özəl kurs) sahəsində mütəxəssis və ya menecer vəzifəsində 2-5 il iş təcrübəsi üstünlükdür. Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək). Excel proqramında sərbəst işləyə bilmək. Vəzifə öhdəlikləri: Mərkəzə daxil olan müraciətlərin cavablandırılması, qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi. Yeni tələbələrin cəlb olunması üçün daxil olan müraicətlərlə satış yönümlü ünsiyyət həyata keçirmək. Mərkəz daxilində ehtiyaclara uyğun olaraq tələbələrin yeni fənlərə yazılmasını təmin etmək. Tələbələrin beynəlxalq imtahanlara qeydiyyatının aparılmasını həyata keçirmək. (SAT, IELTS, TOEFL, OMPT, Cambridge və s).  Qeyd: Bu bənd zəruridir və bunun üçün B2 səviyyədə ingilis dili biliyi tələb olunur. Təhsil mərkəzində daxili sınaq imtahanlarıın təşkili. Tələbələrin təhsil haqda hesabatlarını mütəmadi (həftəlik) valideynlərə təqdim etmək. Şöbə rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək. İş haqda məlumat: İş qrafiki: 6 gün 5 gün saat 10:00-19:00. Şənbə- saat 10:00 -16:00 (qısa iş günü). Əmək haqqı: Sabit əmək haqqı (600-800 AZN) +bonus (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq). İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi. Mütəxəssis vəzifəsindən başlayaraq Baş Mütəxəssis, Aparıcı Mütəxəssis və s vəzifələrinə qədər yüksəlmək imkanı. Rəsmi əmək müqaviləsi ilə iş. Ünvan- Atatürk pr 39 A. (“StudyLab” təhsil mərkəzi). Uyğun namizədlər CV-lərini (PDF formada qeyd olunan elektron ünvanına “Akademik işlər üzrə şöbənin mütəxəssisi” başlığı ilə göndərə bilərlər.