Ana Səhifə
Vakansiyalar

Xaricdə təhsil üzrə mütəxəssis

Xaricdə təhsil üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 19 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Universitet və təqaüd proqramlarının axtarılıb tələbənin göstəricilərinə uyğun tərtib edilməsi

  • Universitet və təqaüd proqramlarına müraciət edilməsi

  • Müraciət zamanı motivasiya və referans məktublarının yazılması

  • Universitet yataqxanasına müraciət və viza müraciətinə dəstək göstərmək

Tələblər

  • Kompüterdən və axtarış motorlarından istifadə edə bilmək

  • Detallara əhəmiyyət vermək

  • Akademik yazı bacarıqlarının olması böyük üstünlükdür

  • Müvafiq sahə üzrə iş təcrübəsi olması üstünlükdür

  • Azərbaycan dilini səlis bilmək

  • İngilis dili tələbi: Upper-intermediate - B2

  • MC Office proqramlarında işləmə bacarığı

Xüsusi qeydlər:

  • Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması

  • İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq

  • Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək

  • Səbrli, məsuliyyətli və punktual olmaq

Sizə nə təklif edirik:

  • Gənc və dinamik komanda

  • Pozitiv və motivasiyalı mühit

  • İş prosesində yerli və beynəlxalq təcrübə

  • Öyrənmə və inkişaf perspektivləri

Şərtlər:

  • Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138

  • İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi- Cümə 09:00-18:00, Şənbə 16:00-dək

  • İstirahət günü: həftənin bazar günü

  • Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq

Maraqlanan namizədlər mövzu hissəsində “Xaricdə təhsil üzrə mütəxəssis” qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Roof Academic Training

Roof Academic Training

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11779

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketing Manager

Tam Ştat

Vəzifənin Məqsədi: Roof Academic Training üçün bütün müştəri dövriyyəsini əhatə edən strateji, satış yönümlü marketinq təşəbbüslərinə rəhbərlik etmək və onların icrasını təmin etmək. Bu vəzifə kiçik marketinq komandasına rəhbərlik edəcək, həmçinin rəqəmsal və oflayn marketinq fəaliyyətlərini ölçülə bilən biznes nəticələrinə fokuslanmaqla əlaqələndirəcək. Əsas Vəzifə və Öhdəliklər: Brend məlumatlılığı, lead yaradılması, müştəri cəlbi, iştirakçılığı və saxlanmasını əhatə edən ümumi marketinq strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək Rəqəmsal kampaniyalar, kontent strategiyası, brend mövqeləndirməsi və tradisional marketinq təşəbbüsləri daxil olmaqla bütün marketinq fəaliyyətlərinə rəhbərlik etmək Daxili marketinq komandasını və frilanserləri (məs., rəqəmsal marketinq mütəxəssisi, kopirayter, və s.) idarə etmək və dəstəkləmək Müştəri ehtiyaclarını, brend imicini və rəqiblərin mövqeyini anlamaq üçün rüblük bazar araşdırmaları etmək və nəticələri marketing strategiyanın formalaşdırılmasında istifadə etmək Əməliyyat və akademik komandalarla sıx əməkdaşlıq edərək konversiyaya yönəlmiş kampaniyalar yaratmaq və onların ROI nəticələrini izləmək Satış və Analitika komandaları ilə birgə marketinq və satış göstəricilərinin və hədəflərin analitikasını aparmaq, izləmək və rəhbərliyə hesabat vermək Marketinq büdcəsinə və büdcənin səmələri istifadəsinə nəzarət etmək Səndən Gözlədiklərimiz: Strateji səviyyədə düşünmə və taktiki səviyyədə icra bacarığı Komanda idarəedilməsi və frilanserlərlə iş təcrübəsi Marketinq təşəbbüslərinə müstəqil rəhbərlik etmək bacarığı Performans göstəriciləri (KPI) ilə işləmək və marketinq fəaliyyətlərini biznes nəticələrinə (lead, konversiya, ROI və s.) bağlamaq bacarığı Şirkət daxili fərqli komandalar ilə əməkdaşlıq bacarığı Təşəbbüskar olmaq, daim yeni ideyaları sınamaq və testlər əsasında optimallaşdırma aparmaq bacarığı